Texniki dəstək məsləhətçisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Baku Electronics şirkəti hal-hazırda Şəki, Mingəçevir mağazaları üzrə Texniki dəstək məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir.

“Baku Electronics” şirkəti hal-hazırda Şəki, Mingəçevir mağazaları üzrə ”Texniki dəstək məsləhətçisi” vakansiyasına namizəd axtarışındadır! Sizi peşəkar komandamızın bir üzvü olmağa dəvət edirik!

Tələblər:

  • Müvafiq sahə üzrə iş təcrübəsi;
  • Yüksək yazılı və şifahi ünsiyyət bacarıqları;
  • Problemləri effektiv şəkildə həll etmək;
  • Yüksək məsuliyyət, təşəbbüskarlıq və operativlik;
  • Müştərilərə xidmət qaydalarını və metodlarını bilmək;
  • Üzərinə düşən vəzifələrin tam vaxtında, keyfiyyətli və müstəqil icrasını yerinə yetirmək;

Vəzifə öhdəlikləri:

  • TV və mobil məhsullarının proqram təminatını həyata keçirmək;
  • Telefon, planşet və noutbuklar üçün yeni hesab yaratmaq;;
  • Telefon, planşet və noutbuklarda olan məlumatların yeni cihaza köçürülməsini həyata keçirmək;
  • Telefon və planşetlər üçün üzlükləri çəkmək;
  • Stoka nəzarət və ehtiyac sifarişi təmin etmək;

Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində mağaza adını (nümunə “Texniki dəstək məsləhətçisi – Şəki” ) qeyd etməklə hr@bakuelectronics.az elektron ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Mobil tətbiq üzrə menecer köməkçisi

189 Taxi Mobil tətbiq üzrə menecer köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

189 Taxi

15.07.2024 - Bakı