Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Atena Group CSC Texniki şöbə müdirinin müavini vəzifəsi üzrə vakansiya elan edir.Sahə üzrə müvafiq sertifikatlar olmalıdır.
VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
- İllik texniki büdcənin hazırlanması
- Büdcənin məbləğlə ifadə edilərək il üzrə aylara bölünməsinin təmin edilməsi
- Təyin edilmiş texniki büdcəyə əsasən sifarişlərin formalaşdırılması
- Avadanlıqların istehsalçı tövsiyyəsi və daxili təyin edilmiş periodlarda texniki qulluğunun vaxtında təşkil edilməsi və izlənməsi
- Avadanlıqların texniki problem səbəbli dayanmalarının analiz edilməsi və önləyici tədbirlərin alınmasının təşkili
- İSO 22000 və Danone FSSİ tələbinə uyğun texniki işlərinin qurulması və həyata keçirilməsi
- Texniki və elektrik ehtiyyat hissələrinin anbar stokunun formalaşdırılması və izlənilməsinin təşkil edilməsi
- Texniki və elektrik bölümünün zəruri sənədlərinin hazırlanması və mütəmadi izlənilməsi
- Təhlükəsiz iş şəraitinin yaradılması (iş əmri, iş icazəsi və s) və tətbiq olunmasının təşkili
- Öhdəsində olan avadanlıq və maşınların düzgün və vaxtında texniki istismarı, planlı ehtiyyat hissələrinin təmin olunmasının təşkili
- Tabeçiliyində olan işçilərin işinin səmərəliliyinin daim ölçülməsi, iş yükünün bərabər paylanılmasını təmin etmək
- Aylıq, rüblük və illik texnik bölüm hesabatlarının hazırlanması, analiz edilməsi və yekun hesabatın üst rəhbərliyə təqdim edilməsinin təmin edilməsi
Namizədə tələblər:
- Ali təhsil (Elektroenergetika və elektrik təchizatı sistemləri; Elektrotexnika və elektrik avadanlığı;Elektrotexnika; Elektronika hər hansı üzrə)
Təcrübə:
- Mexanik, elektrik mühəndisliyi üzrə 3-5 illik iş təcrübəsi
- Şöbə müdiri və ya əvəzləyicisi olaraq minimum 1 illik iş təcrübəsi
- Sahə üzrə müvafiq sertifikatlar
- Məsuliyyətli, komandada və stressli vəziyyətdə işləmək və təşkilatçılıq bacarığı
İş yeri: Ağcabadi rayonu, Ağabəyli kəndi (“Atena” MMC, “Atena Aqro” MMC)
İş şərtləri: Şirkət tərəfindən nahar və korporativ xətt ilə təmin edilir.
İş qrafiki: I-VI
Əmək haqqı: müsahibə əsasında
Tələblərə cavab verən və regionda işləmək imkanı olan namizədlərdən mövzu başlığına vakansiyanın adını qeyd edərək cv@atena.az ünvanına göndərməkləri xahiş olunur.
Qeyd: Yanlız seçilmiş namizədlər 2-ci mərhələ üçün müsahibəyə dəvət edilir.
Oxşar vakansiya siyahısı:
Expressbank ASC Java backend developer (Middle) vəzifəsi üzrə vakansiya elan edir. ...
Do IT MMC Proqramçı vəzifəsi üzrə vakansiya elan edir. ...