Qısa məzmun
Aral Group Baku Texniki nəzarət üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir.
Öhdəliklər:
- Tikinti aparılan sahələri mütəmadi yoxlamaq, çatışmazlıqlar barədə rəhbərliyə təqdimat vermək;
- Görülən işlər barədə təqdim olunan sənədlərin (F № 2) düzgünlüyünü əyani olaraq yoxlamaq, uyğunsuzluq aşkarlandıqda araşdırma aparmaq;
- Sahə rəisləri ilə gündəlik əlaqə saxlamaqla işin gedişatına maneə yaradan məsələləri həll etmək;
- Sahələrdə plan qrafik əsasında işlərin icra olunmasını izləmək;
- Mütəmadi olaraq layihədə aparılan işlərin keyfiyyət göstəricilərini müəyyən etmək, təhlilini aparmaq;
- Müəyyən edilmiş material, maşın-mexanizm, işçilik normalarının (miqdarlarının) gözlənməsini, israf və səmərəsiz istifadənin qarşısını almaq üçün təkliflər planı hazırlamaq;
- Tikinti sahələrindən tələb olunan texniki və material hesabatların müəyyən edilmiş vaxtda və qaydada baş ofisə təqdim edilməsini təmin etmək;
- Görülmüş işlər üzrə aylıq və həftəlik hesabatlar təqdim etmək;
- Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizini aparmaqla müvafiq tədbirlər görmək;
- Subpodratçı tərəfindən aparılan işlərin planlı olmasına və yüksək keyfiyyətlə təhvil verilməsinə nəzarət etmək.
Tələblər:
- Namizədə tələblər:
- Müvafiq vəzifə üzrə iş təcrübəsi;
- Tam ali təhsil (İnşaat – mülki tikinti ixtisası üzrə);
- MS Office və Autocad proqramlarını yüksək səviyyədə bilmək.
- Əmək haqqı müsahibə əsasında razılaşdırılır.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Texniki nəzarət üzrə mühəndis” qeyd etməklə şəkilli CV-nizi hr@aralgroupbaku.com elektron ünvanına göndərə bilərlər.