Texniki nəzarət üzrə mühəndis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Azconstruction QSC Texniki nəzarət üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Nahar şirkət tərəfindən verilir.

Əmək funksiyası:

  • Əməyin mühafizəsi və texniki nəzarət üzrə mühəndisi, əməyin mühafizəsi üzrə qabaqcıl və elmi təcrübələri istehsalatda həyata keçirməlidir. İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət etməlidir. İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasını təşkil etməlidir. İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etməlidir. İstehsalatda zədələnmə səbəblərinin analizı və qarşısını almaq üçün tədbirlər hazırlamalı və onların həyata keçirilməsini təşkil etməlidir. İstehsalatda bədbəxt hadisələrin araşdırılmasında iştirak etməlidir. Binanın, qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətin yoxlanılmasında iştirak etməlidir. Struktur bölmələrində, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin görülməsində iştirak etməlidir. İşə götürülənlərlə giriş təlimatı aparmalı və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına köməklik etməlidir.Qulluqçuların və mühəndis texniki işçilərin əməyin mühafizəsi və təhlükəsizlik təlimatı üzrə biliklərinin yoxlanılmasında və attestasiya komissiyasının işində iştirak etməlidir. Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndisi mövcud forma və qaydalara uyğun olaraq hesabat aparmalıdır.
  • Ümümi jurnal hazırlayıb ,tikinti sahələrinə təqdim etmək;
  • Beton jurnalı hazırlamaq və tikinti sahələrinə vermək.
  • Armatur jurnalı hazırlamaq və tikinti sahələrinə vermək
  • Müəllif nəzarəti jurnalı hazırlamaq
  • F№2 sifarişçilərə təstiq üçün təqdim etmək
  • Təhvil təslim aktlarını tərtib etmək və sifarişçi tərəfindən təsdiq etmək
  • Sifarişçi tərəfindən təsdiq edilmiş rəsmi F№2 texniki hesabatını(M-29) tərtib edilməsi və mühasibatlığa təqdim edilməsi.
  • Beton sənədlərin sahədən yığılması ,qoyulan yerin təyin edilmısi və ödəmək üçün mühasibatlığa təqdim edilməsi.
  • FHN tərəfindən lazım olan sənədlərin tərtib edilməsi və təqdim edilməsi
  • Şirkət tərəfindən ödəməyə gedən sənədlərin təstiq edilməsi (texniki nəzarətçi kimi)
  • İş qrafiki: Bazar ertəsi – Cümə: 08:00-dan 17:45-dək.şənbə 08:00-16:00
  • bazar istirahət günüdür

Namizədə tələblər:

  • Ali təhsilli
  • Təcrübə : minimum 3 il (tikinti sektorunda)
  • Əmək haqqı namizədin bilik bacarığına əsasən təyin olunacaq.
  • Nahar şirkət tərəfindən təmin edilir
  • AR Əmək məcəlləsinə uyğun olaraq əmək müqaviləsi bağlanılır.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzü yerinə ” Texniki nəzarət üzrə mühəndis” yazaraq cv@azcon.az ünvanına göndərilməsi xahiş olunur. Tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaq.

Oxşar vakansiya siyahısı:

500₼
Sürücü köməkçisi

İnci Group of Companies Sürücü köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

25.04.2024 - Bakı

500 — 1000 ₼
Sürücü

İnci Group of Companies Sürücü- vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

02.04.2024 - Bakı

535₼
Sürücü

Sağlam Ailə” tibb mərkəzi “Sürücü” vakansiyası elan edir. ...

Sağlam Ailə

30.03.2024 - Bakı