Texniki menecer
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

AGA Group Texniki menecer vəzifəsi üzrə vakansiya elan edir.

Tələblər:

  • Ali təhsil (müvafiq sahədə-inşaat mühəndisi ixtisası üzrə olması üstünlükdür);
  • Azərbaycan dilində yüksək səviyyədə danışmaq və yazışmaları aparmaq bacarığı.
  • Kompyuter bilikləri – Autocad proqramlarını mükəmməl bilmək;
  • Analoji sahədə minimum 3 il iş təcrübəsinə malik;
  • Elektrik, santexnika və havalandırma sistemləri sahəsinə aid biliklərə sahib olmaq;
  • Komandada işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

  • Layihələndirmə üçün ilkin məlumatları yığmaq və çertyojları çəkmək;
  • Müştərilərlə müştəri məmnuniyyəti prinsipi əsasında ünsiyyət prossesini təşkil etmək;
  • Layihələrdə təmir-tikinti işlərinə nəzarət, konstruksiya işlərini düzgün təşkil etmək;
  • Tabeliyində olan işçilərin işlərini təşkil etmək və onlara nəzarət etmək;
  • Tikintidə istifadə olunacaq tikinti materiallarını müəyyən etmək və zəruri tikinti materiallarını siyahı şəklində təchizat şöbəsinə yönləndirmək;
  • Görülən işlərin keyfiyyətlə həyata keçirilməsini təmin etmək;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında yerinə yetirmək;
  • Müəssisədaxili nizam-intizam qaydalarına, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət etmək;
  • Texnoloji intizama riayət etmək, tikinti norma və qaydalarını yerinə yetirmək;
  • Binanın havalandırma, kondisioner, santexnika və elektrik sistemlərinə nəzarətin etmək;
  • Binanın mövcud nasosxana qurğularında yaranan nasazlığın aradan qaldırılması təlimatlarını vermək və işə ümumi nəzarət etmək;
  • Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan qaydalar, standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət etmək.

Müraciət etmək istəyən namizədlər CV-lərini vakansiya@agagroup.az e-mail ünvanına mövzu hissəsinə “Texniki menecer” qeyd edərək göndərə bilərsiniz.

Ünvan : Caspian Plaza, C.Cabbarlı 44, Bakı, AZ1065

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı