Texniki İstismar Üzrə Koordinator
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Sinteks Group of Companies Texniki İstismar Üzrə Koordinator vəzifəsi üzrə vakansiya elan edir.

1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.

Sinteks Şirkətlər qrupuna hal hazırda Texniki İstismar Üzrə Koordinator tələb olunur.

Vəzifənin rolu:

Bu vəzifənin rolu bütün texniki istismar üzrə işlərin bölgüsün və koordinasiyasın həyata keçirməkdir.

Vəzifə öhdəlikləri:

  • Nəzarət siyahısına baxır və qrup rəhbərlərinin texniki xidmət işlərini təqdim edir
  • Üçüncü tərəflərlə təmir işlərini təşkil edir (xidmət)
  • Sifariş verilən materialları toplayır, sifariş siyahısından keçirir, malları qəbul edir və təhvil verir
  • Obyektlərin Təhlükəsizlik auditini təşkil edir
  • Binada kommunal xidmətlərin (elektrik, su və s.) işlək vəziyyətini təmin edir
  • Yeni mağazanın yenidən qurulması və açılmasından sonra əlavə texniki xidmət və quraşdırma işlərini təşkil edir
  • Yerli hakimiyyət orqanlarından obyektlər üçün lazımi sənədləri hazırlayır
  • Təmir briqadası və təmizlik işçiləri üçün nəqliyyat təşkili

Əsas tələblər:

  • Təhsil:
  • Ali texniki təhsil
  • Müvafiq texniki xidmət sertifikatları arzuolunandır
  • Təcrübə:
  • Texniki xidmət və ya tikinti sahəsində ən azı 4 il iş təcrübəsi
  • Xidmət qruplarının koordinasiyasında ən azı 2 il iş təcrübəsi
  • Professional biliklər:
  • Texniki xidmət üzrə işlərin və prosedurların bilməsi
  • Əmək mühafizəsi üzrə biliklər
  • Rus dili yaxşı səviyyədə, İngilis dili arzuolunandır
  • 1C ERP
  • MS Office Proqramları
  • Professional bacarıqlar və kompetensiyalar:
  • Liderlik
  • İş bölgüsü
  • Ünsiyyət bacarıqları
  • Detal və nəticə yönümlülük
  • Stress altında işləmək
  • Problem həll etmə

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Texniki İstismar Üzrə Koordinator” qeyd edərək recruitment@sinteks.com elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı