Texniki İstehsalat Departamentinin Mühəndisi
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

SMTS MMC şirkəti Texniki İstehsalat Departamentinin Mühəndisi vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Layihələrin incələnməsi və iş həcmlərinin hesabalaması.
  • Smetaların tərtibi.
  • Layihə həllərinin verilməsi və Layihələndirmə işləri ilə bağlı texniki tapşırıqların hazırlanması.
  • Texniki hesabatların hazırlanması.
  • Material hesabatlarının hazırlanması.

Namizədə olan tələblər:

  • İnşaat sahəsində Ali təhsil (İnşaat mühəndisi).
  • Texniki İstehsalat Departamentində (Şöbəsində ) ən az 3 il iş təcrübəsi olmalı (Beynəlxalq şirkətdə işləyənlərə üstünlük verilir).
  • Microsoft Office (Excel və Word) proqramlarını mükəmməl, AutoCad proqramında orta səviyyədə işləmək bacarığı və sürətli hesabat hazırlama qabiliyyətinə malik olmalı.
  • Azərbaycan dilini əla səviyyədə bilməli (ingilis dilini bilənlərə üstünlük veriləcək).
  • Texniki sənədlərə, materiallara və məlumatlara qoyulan tələbləri; texniki sənədlərin tərtibi və rəsmiləşdirilməsi üzrə qüvvədə olan standartları, texniki şərtləri, əsasnamə və təlimatları bilməli.
  • Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verməli.
  • Komandada işləmək bacarığına sahib olmalı.
  • Analitik düşünmə qabiliyyəti və idarəetmə bacarığı olmalı.

Digər tələb və şərtlər:

  • Əmək haqqı 1800 – 2200 AZN ( təhsil, iş stajı, iş bacarığı və s. nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur)
  • İş rejimi: 5 günlük iş həftəsi
  • Nahar şirkət tərəfindən verilir.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini (Azərbaycan dilində) elektron ünvanına mövzu yerinə “Texniki İstehsalat Departamentinin Mühəndisi”yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Oxşar vakansiya siyahısı:

700 — 1000 ₼
Texniki ofis mühəndisi

PRO CON İZO MMC Mühəndis mühəndisi üzrə vakansiya elan edir. ...

PRO CON izo

11.08.2025 - Bakı

Qida sahəsi üzrə mexanik

Camal LTD şirkəti Qida sahəsi üzrə mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Camal LTD

07.08.2025 - Bakı

1500 — 2000 ₼
Layihəçi mühəndis

"Aznet Technologies” QSC Telekommunikasiya şirkətinə Layihəçi mühəndis tələb olunur. ...

Aznet Technologies

06.08.2025 - Bakı

Keyfiyyətə Nəzarət Üzrə Mütəxəssis ( Hacıqabul)

Hajigabul Poultry Farm Company Keyfiyyətə Nəzarət Üzrə Mütəxəssis ( Hacıqabul) vəzifəsi üzrə vakansiya elan edir ...

Hajigabul Poultry Farm Company

21.07.2025 - Hacıqabul

Keyfiyyətə Nəzarət Üzrə Mütəxəssis – Şəmkir

Hajigabul Poultry Farm Company Keyfiyyətə Nəzarət Üzrə Mütəxəssis – Şəmkir vəzifəsi üzrə vakansiya elan edir ...

Hajigabul Poultry Farm Company

18.07.2025 - Şəmkir