Texniki işlər üzrə mühəndis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. “NOVAS AGRO” Texniki işlər üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir.

“Novas Agro” MMC 2019-cu ildən fəaliyyətə başlamış və əsas fəaliyyət istiqaməti kənd təsərrüfatı sahəsi olmaqla, istixana sahəsində pomidor bitkilərinin becərilməsi, pomidor məhsulunun satışı ilə məşğuldur. 2020-ci ildə ərazisini iki dəfədən çox artıraraq fəaliyyət sahəsini genişləndirmişdir. Çox qısa zaman içərisində müasir texniki avadanlıqları və keyfiyyətli məhsulları ilə “Novas Agro” brendi adı altında tanınmışdır. Strateji və gələcəkyönümlü planlarında 2021-ci ildə şirkətin daha da böyüməsi nəzərdə tutulmuşdur.

TEXNİKİ İŞLƏR ÜZRƏ MÜHƏNDİS

Əmək funksiyası:

  • Müəssisənin texniki siyasətini, inkişaf perspektivlərini və texniki cəhətdən yenidən qurulmasını müəyyən edir.
  • Enerjinin (qaz, su və işıq), materialların faydalı istifadə olunmasına imkan yaradır.
  • İstehsalatın texniki hazırlıq səviyyəsinin vaxtaşırı yüksəldilməsini, onun səmərəliliyinin artırılmasını və bütün ehtiyatlardan səmərəli istifadə edilməsini təmin edir;
  • Metodiki və normativ materialların, texniki sənədlərin eləcə də işlənib hazırlanmış layihə və proqramların yerinə yetirilməsi üçün tədbirlər və təklifləri işləyib hazırlayır.
  • İstehsalın kompleks mexanikləşdirilməsi və avtomatlaşdırılması üzrə işləri təşkil edir;
  • Layihə, konstruktor və texnoloji intizama, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayət edilməsinə nəzarət edir.
  • Layihə və proqramların işlənib hazırlanması, avadanlığın sınağı, istismarı və tətbiqi ilə bağlı lazımi tədbirlərin görülməsində, eləcə də texniki vasitələrin, müxtəlif texniki sənədlərə baxışda iştirak edir, rəy və təkliflər hazırlayır;
  • Texniki sənədləşmənin vaxtında hazır olmasını təmin edir. Sənədlərin patentləşdirməyə hazırlanması və lisenziya alınması işlərini təşkil edir.
  • Müəssisənin texniki xidmət işçilərinə və xidmətinə rəhbərlik edir, onların işlərini, əmək və istehsalat intizamını nəzarət altında saxlayır.

Bilməlidir:

  • İşlədiyi sahəyə aid olan hökumətin qərar və qətnamələrini, əmr və digər rəhbər və normativ sənədlərini;
  • məhsul istehsalının texnologiyasını, təsərrüfatçılıq və idarəetmə metodlarını;
  • Texniki sənədlərin tərtibi və rəsmiləşdirilməsi üzrə qüvvədə olan standartları, texniki şərtləri, əsasnamə və təlimatları;
  • təsərrüfat müqavilələrinin bağlanması və icra edilməsi qaydalarını;
  • istehsalın və idarəetmənin əsaslarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarını.

Tələblər:

  • Ali-texniki və ya mühəndis-texniki təhsil və müəssisənin profilinə uyğun rəhbər və mühəndis-texniki vəzifələrdə 5 ildən az olmayaraq iş stajı.
  • Məsuliyyətli və punktual;
  • İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, səliqəli, diqqətli, müstəqil və qrup daxilində işləmək bacarığı;
  • Vaxt və resursların planlaşdırılması kimi təşkilati bacarıqlar;
  • Dil bilikləri: Azərbaycan dili, (Rus dili arzu olunan).

İş şəraiti:

  • 6 günlük iş qrafiki;
  • AR Əmək məcəlləsinə əsasən sənədləşmə;
  • Əmək haqqı müsahibə əsasında namizədin təcrübəsinə uyğun olaraq təyin ediləcək.

Əlaqə:

Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Texniki işlər üzrə mühəndis” qeyd etməklə hr@novasagro.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı