Texniki işçi
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Novator HRC MMC Texniki işçi vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə və öhdəliklər:

  • Sabun və salfetka aparatlarının, dozaj cihazlarının quraşdırılması və texniki baxımı.
  • Müştərilərə avadanlıqla bağlı ilkin təlimat və texniki dəstəyin göstərilməsi.
  • Avadanlıq nasazlıqlarının aradan qaldırılması və profilaktik texniki xidmətin həyata keçirilməsi.
  • İş prosesi zamanı şirkətin təhlükəsizlik və əmək mühafizəsi qaydalarına riayət edilməsi.

Tələblər:

  • Texniki sahədə təcrübə və ya müvafiq təhsil (texniki peşə və ya ali təhsil).
  • Cihazların quraşdırılması və təmir işlərində təcrübə üstünlükdür.
  • Elektrik və ya mexaniki avadanlıqla işləmə bacarığı.
  • Problemləri həll etmə və texniki nasazlıqları sürətli aradan qaldırma qabiliyyəti.
  • Komandada işləmə və müştəri ilə effektiv ünsiyyət qurma bacarığı.
  • Fiziki sağlamlıq və səyahət etmə imkanları.

Şəxsi avtomobilin olması mütləqdir.

Yanacaq, nahar və parking ödənişləri şirkət tərəfindən qarşılanır.

İş Şəraiti:

  • Həftəlik 6 iş günü, iş saatları.
  • Əmək haqqı başlanğıc olaraq 700-800 azn.
  • Rəsmi əmək müqaviləsi və sosial təminat.
  • Peşəkar inkişaf üçün təlim və seminarlar.

Əlaqə üçün: 051-229-23-18

Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Texniki işçi” qeyd etməklə hr@novatorhrc.com elektron ünvanına göndərə bilərlər.

 

Oxşar vakansiya siyahısı:

800 — 1000 ₼
Mebel ustası

AzəriMed QSC Mebel ustası vəzifəsi üzrə vakansiya elan edir. ...

AzəriMed QSC

03.12.2025 - Bakı