Texniki Dəstək üzrə Administrator
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 700-800 AZN. Sinteks Group of Companies Texniki Dəstək üzrə Administrator vəzifəsi üzrə vakansiya elan edir.

İş barədə məlumat:

  • Lokal komputerləri quraşdırmaq
  • Lokal iş stansiyalarında yaranan avadanlıq problemləri müəyyən etmək və həll edilməsi üçün lazım olan işləri görmək
  • Periferik avadanlıqların fasiləsiz işləməsini təşkil etmək
  • Lokal iş stansiyalarında əməliyyat sistemlərinin qurulması və ayarlanması, isitfadə müddətində yaranan pozuntuları aradan qaldırmaq
  • İstifadəçilərin ehtiyaclarına uyğun standart və əlavə program təminatların yazılması və isitfadə müddətində yaranan pozuntuları aradan qaldırmaq
  • Proqram təminatlarının lisenziya tələb edən proqram təminatlarının müddətini nəzarətdə saxlamaq
  • İstifadəçilərin şirkətin təşkil etdiyi İT servislərdən istifadəsi üçün imkanlar yaratmaq (Outlook, FileSharing, etc)
  • Aktual lokal məlumatın rezerv surətini yaratmaq
  • Simli və simsiz daxili telefon qurğularına nəzarət etmək
  • LAN, WiFi şəbəkələrinin işini təmin etmək və yaranan nasazlıqları aradan qaldırmaq
  • İşçilərin işə qəbul və işdən azad olunması zamanı texniki inventarların təhvil verməsində iştirak etmək, təhvil verilən avadanlıqların işlək vəziyyətdə olub-olmadığını yoxlamaq

Namizədə tələblər:

  • Təhsil:
  • İT və ya müvafiq sahə üzrə Ali təhsil
  • İT Helpdesk ixtisası sertifikatları arzuolunandır
  • Təcrübə:
  • İT üzrə ən azı 2 il iş təcrübəsi

Professional biliklər:

  • Drivers’ installation” və “checking logs”-ların yoxlanılması üzrə biliklər
  • MS Domain” sistemi və “Active Directory” haqqında əsas biliklər (PC-lərin domenə əlavə edilməsi, GPO-lərin, qrupların və istifadəçi hüquqlarının yoxlanılması)
  • MS Office 2013/16/19 məhsullarının quraşdırılması və nasazlıqların aradan qaldırılması
  • MS Outlook-u yaxşı bilmək
  • Şəbəkə avadanlığının tənzimlənməsi
  • LAN, WAN, Wi-Fi şəbəkələri
  • Əməliyyat sistemlərini və proqram təminatının qutaşdırılması
  • Microsoft Windows” əməliyyat sistemini yaxşı bilmək
  • Azərbaycan və Rus dilləri mükəmməl, İngilis dili arzuolunandır
  • Professional bacarıqlar və kompetensiyalar:
  • Problem həll etmə
  • Komandada işləmə
  • İşgüzar ünsiyyət

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Helpdesk Administrator” qeyd edərək recruitment@sinteks.com elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis

Kontakt Home Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Beynəlxalq Bankı

23.04.2024 - Bakı

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

17.04.2024 - Bakı

HelpDesk (kiçik mütəxəssis)

BERC Group MMC HelpDesk (kiçik mütəxəssis) vakansiyası üzrə işə qəbul elan edir. ...

BERC Group

29.03.2024 - Bakı