Qısa məzmun
Sinteks Group of Companies Texniki Dəstək üzrə Administrator vəzifəsi üzrə vakansiya elan e
Sinteks Şirkətlər qrupuna hal hazırda Texniki Dəstək üzrə Administrator tələb olunur.
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilsin və CV-də müvafiq bilik və bacarıqlar işarə edilsin.
Vəzifənin rolu:
Bu vəzifənin rolu kompüter sistemləri, proqram təminatı və avadanlıqla əlaqəli texniki köməklik və dəstək göstərməkdir.
Vəzifə öhdəlikləri:
- Daxil olan sorğuların vaxtlı vaxtında cavablanması və icra olunması
- İstifadəçi komputerlərinə nəzarət və yaranmış problemlərin aradan qaldırılması
- İT avadanlıqların quraşdırılması və avadanlıqlarda yaranmış problemlərin aradan qaldırılması
- Yeni işçilərə iş mühitinin yaradılması üçün lazımı işlərin görülməsi
- Əməliyyat sistemlərinin və istifadəçi məlumatlarının ehtiyat nüsxələrinin çıxarılması və lazım gəldikdə bərpa olunması
- Sistem səhvlərinin diagnostikasının aparılması və aşkar olunmuş səhvliklərin aradan qaldırılması
- İstifadəçilərin korporativ domain şəbəkəsinə qoşulması, İp telefonların konfigurasiya edilməsi, elektron poçtun istifadəçi komputerlərində ayarlanması, printer/ scanner tipli qurğuların əlavə olunması və s. kimi buna bənzər işlərin görülməsi.
- Lazim gəldikdə masa üstü komputer və notebook kimi avadanlıqların detallarının yenilənməsi
- İT Direktor tərəfindən verilmiş tapşırıqları icra edir, hesabatlar hazırlayaraq təqdim edir
Əsas tələblər:
Təhsil:
- Ali təhsil arzuolunandır
Təcrübə:
- İT üzrə ən azı 2 illik iş təcrübəsi
Professional biliklər:
- Windows client ( 7, 8, 8.1, 10, 11 ) əməliyyat sistemləri üzrə dərin biliklər
- AP, Router (Modem), Network Printer & Scanner və s. kimi avadanlıqların sazlanması
- TCP/IP , DNS, DHCP, VPN kimi protokolların işləmə prinsiplərini anlamalı
- Active Directory, Group Policy və Networking üzrə baza biliklərin olması
- Backup Sistemləri üzrə biliklərin olması (Acronis, Norton və s.)
Professional bacarıq və kompetensiyalar:
- Problem həlletmə
- Detallara və nəticəyə yönümlü
- Ünsiyyət bacarıqları
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Texniki Dəstək üzrə Administrator” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Job Summary: As a DevOps Engineer, you will be responsible for designing, implementing, and maintaining our infrastructure and CI/CD pipelines. You will collaborate with ...
Inci Group of Companies LLC İT Texnik vəzifəsi üzrə vakansiya elan edir. ...
AzəriMed LLC Proqram Layihəsinə Dəstək üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Inci Group of Companies LLC İT Texnik vəzifəsi üzrə vakansiya elan edir. ...
Honey Bee Development Capital (HBDC) Texnologiya və İnnovasiya şöbəsinə “İT Biznes Analitik – Responsible Finance Platforması” vəzifəsi üzrə vakansiya e ...
AS Group Data Analitik vəzifəsi üzrə vakansiya elan edir. ...
Aznet Technologies QSC Telekommunikasiya şirkətinə Biznes analitik tələb olunur. ...