Texniki dəstək mütəxəssisi/kiçik mütəxəssisi (Helpdesk)
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Texniki dəstək mütəxəssisi/kiçik mütəxəssisi (Helpdesk) vəzifəsi üzrə vakansiya elan edir

Biz nə təklif edirik:

  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
  • Karyera irəliləyişlərində yaradılan şərait;
  • Rəqabətədavamlı əmək haqqı;
  • İldə üç dəfə mükafat.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsil (texniki sahədə təhsil arzuolunandır);
  • Sahə üzrə minimum 1 il iş təcrübəsi (Service Desk, JİRA sistemləri ilə iş təcrübəsi üstünlükdür);
  • Dil bilikləri: Azərbaycan (ana dili) – səlis (ingilis dili biliyinin olması üstünlükdür);
  • Microsoft Windows əməliyyat sistemləri üzrə biliklər;
  • Şəbəkə üzrə ilkin biliklər;
  • Domain controller üzrə ilkin biliklər;
  • Microsoft Office üzrə ilkin biliklər;
  • Problem həll etmə və ünsiyyət bacarığı;
  • Operativlik və dəqiqlik.

Görəcəyiniz işlər:

  • “Service Desk” proqramına gələn sorğuların icrası;
  • İstifadəçilərin kompüterlərinə əməliyyat sistemlərinin və lazımi proqramların yazılması;
  • İT ilə bağlı yaranan problemlərin həllində dərhal texniki dəstəyin göstərilməsi;
  • Printerlərin və ümumi şəbəkə qovluqlarının (share folder) kompüterlərə əlavə edilməsi və nəzarət edilməsi;
  • İT xidmətlərini təmin edən sistemlərin inzibatçılığı və texniki dəstək işlərin aparılması.

Əlavə məlumatlar:

  • İş qrafiki: Bazar ertəsi – Cümə, 5 günlük iş həftəsi (həftədə 1 dəfə evdən işləmə imkanı);
  • İş vaxtı: 09:00 – 18:00;
  • İş yeri: Bakı şəh., Üzeyir Hacıbəyli 57.

Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi: 20.12.2022-ci il;
  • CV-lər e-mail ünvanına göndərilməlidir;
  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
  • Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

İngilis dili (Data Science üçün )

Təlimçi Data İngilis dili (Data Science üçün ) həftədə 1 dəfə olmaqla dərslər keçəcəkdir. ...

Eduaz.com

24.04.2024 - Bakı

Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis

Kontakt Home Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Beynəlxalq Bankı

23.04.2024 - Bakı

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

17.04.2024 - Bakı

HelpDesk (kiçik mütəxəssis)

BERC Group MMC HelpDesk (kiçik mütəxəssis) vakansiyası üzrə işə qəbul elan edir. ...

BERC Group

29.03.2024 - Bakı