Texnika və nəqliyyat parkının müdir
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Abseron Logistika Mərkəzi Texnika və nəqliyyat parkının müdir vəzifəsi üzrə vakansiya elan edir.

Tarixi İpək Yolunun mərkəzində yerləşən Abşeron Logistika Mərkəzi, beynəlxalq standartlara və Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik mərkəzdir. Rahat və əlverişli yol əlaqəsi terminaldan əsas yol nəqliyyat marşrutlarına birbaşa keçid etməyə və hədəfə tez bir zamanda çatmağa imkan verir. Müasir texnologiyalarla zəngin əməliyyat qabiliyyəti, güclü infrastruktur qurğuları və zamanın tələbinə uyğun yüksək xidmət keyfiyyəti ilə təchiz edilmiş təhlükəsiz, sürətli və davamlı logistik dəstəyi təmin edən peşəkar komandamız mərkəzin əsas kapitalı hesab olunur. Mərkəzin gələcək uğurlarına şərik olmaq istəyən peşəkarları komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

  • Mərkəzin istifadəsində olan avtomobillərin, kran, avtoyükləyici və digər texnikaların işini təşkil edir, onların növbə planlarının və daşımalar üzrə tapşırıqlarının yerinə yetirilməsinə nəzarət edir;
  • Bütün nəqliyyat vasitələri və texnikaların hərəkətini tənzimləyir və nəzarət edir;
  • Xətlərdə olan minik və yük avtomobillərinin, avtobusların, eləcə də ağır texnika və qaldırıcı qurğuların təhlükəsiz hərəkətini təmin etmək üçün zəruri tədbirlər görür;
  • Daşımaların şərtləri və xüsusiyyətlərini nəzərə alaraq nəqliyyat və texnikaların iş bölgüsünü təmin edir, konkret meteoroloji şəraitində ayrı-ayrı sahələrdə nəqliyyatın hərəkətinə sürücülərin diqqətini cəlb edir;
  • Əməli rəhbərliyi təmin etmək üçün sifarişçi struktur vahidi rəhbərləri ilə daima əlaqə saxlayır;
  • Avtomobillərin, texnikaların normadan artıq boşdayanmalarının qarşısını almaq üçün tədbirlər görür;
  • Sürücü və operatorlar tərəfindən işin yerinə yetirilməsi əks olunmuş yol vərəqələrini və digər sənədləri qəbul edir, doldurur və verir, onların düzgün rəsmiləşdirilməsini yoxlayır;
  • Yol vərəqələrində müvafiq texniki-istismar göstəricilərini hesablayır;
  • Avtomobil, nəqliyyat və texnikaların gündəlik təhvil-təslimini, baxışdan keçirilməsini təmin edir;
  • Texnikaların sertifikasiyasını təmin edir;
  • Avtomobillərin söğortalanmasını təmin edir;
  • Nəqliyyat vasitələri və texnikaların istifadəsinin təhlil edir;
  • Tapşırıqları və daşımalara olan sifarişləri qeydə alır, gün ərzində görülmüş işlər və baş vermiş hadisələr barəsində operativ məlumat  raportlar hazırlayır;
  • İstismarda olan nəqliyyat vasitələrinin, eləcə də istehsalat sahələrinə təhkim olunmuş maşin, texnikaların müəyyən edilmiş iş saatlaına uyğun istifadəsinə daima nəzarət edir;
  • Texnika və anəqliyyat parkının işini Mərkəzin digər müəsisələrinin işi ilə əlaqələndirir, əgər onların işində dəyişiklik baş verərsə, nəqliyyat və texnika təmini qrafikində dəyişiklikləri təmin edir;
  • Nəqliyyat vasitələri və texnikaların işlə tam təmin olunmasını təhlil edir və səmərəliliyin artırılması barədə rəhbərliyə təkliflər verir;
  • Yerinə yetirilmiş fəaliyyət üzrə sənədlərin düzgün rəsmiləşdirilməsini yoxlayır, yük nəqliyyat vasitələrinin, texnikaların, avtomobillərin uçotunu və nəzarəti təmin edir, daşımalarda nəqliyyatın fasiləsiz işləməsini, yükləmə-boşaltma məntəqələrində, txnika və nəqliyyatın normadan artıq boş dayanması və eləcə də normadan artıq yüklənməsini təhlilini həyata keçirir;
  • Yükləmə-boşaltma, daşıma proseslərinin işinin planlaşdırılmasını üçün müvafiq texnikalarla təminatı həyata keçirir;
  • Yükləmə-boşaltma zonasında yüklərin, mexanizmlərin, hərəkətdə olan nəqliyyat vasitələrin qorunub saxlanılmasını, yükləmə-bşaltma əməliyyatlarının vaxtında yerinə yetirilməsi məqsədi ilə qrafik tərtib edir və işi təmin edir;
  • Yüklərin vurulması zamanı texniki şəraitin hərəkətdə olan heyətin və yüklərin yükləmə-boşaltma əməliyyatına dayanma normalarının gözlənilməsinə nəzarət edir;
  • Yükləmə-boşaltma mexanizmlərindən səmərəli istifadə edilməsinə nəzarət edir;
  • Tabesində olan işçilərin istehsalat və əmək intizamına təhlükəsizlik texnikası qaydalarına riayət etmələrinə nəzarət edir,
  • Zəruri hallarda xətlərdə hərəkətdə olan nəqliyyat vasitələrinə vaxtında texniki yardımın göstərilməsini təşkil edir.
  • Avtomobil, nəqliyyat və texnikaların təmiri, texniki baxışdan keçirilməsi, sazlığının təminini həyata keçirir və nəzarət edir;
  • Yanacaq sərfiyyatına, normalara nəzarət edir.

Namizədə qarşı tələblər:

  • Ali təhsil;
  • İdarəetmə iş sahəsində minimum 5 illik iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dilini əla, Rus dilini yaxşı səviyyədə bilməli;
  • Komputer bilikləri: Word, Excel, Outlook proqramlarını bilməli;
  • Peşəkarlıq tələbləri:
  • Heyəti idarəetmə bacarığı;
  • Avtopark idarəçiliyi,
  • Texnikalarla iş təcrübəsi, təmir və istifadə qaydalarını bilməsi vacibdir;
  • Proses idarəçiliyi bacarığı;

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini cv@absheronport.az elektron ünvanına göndərə bilərlər. CV-lərin qəbulu üçün son tarix 25 iyul 2021-ci il tarixidir.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Texnika və nəqliyyat parkının müdiri” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

1200 — 1500 ₼
Baş Anbardar

Azprotein Foods Group Baş Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Təchizat üzrə mütəxəssis

Tender kateqoriyalarına görə təchizatçı şirkətlərin müəyyən edilməsi; Kateqoriyalara görə şirkətlərə tender dəvətləri göndərmək, tələb edilən ...

Company

22.04.2024 - Bakı

600₼
Anbardar

Sabah Group MMC Anbardar vəzifəsi üzrə vakaniya elan edir. ...

SABAH GROUP MMC

18.04.2024 - Bakı

Xarici Satınalma üzrə Mütəxəssis

ZH-GROUP MMC Xarici Satınalma üzrə Mütəxəssis vakansiyasıni elan edir ...

ZH-GROUP MMC

18.04.2024 - Bakı