Texnik
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Buta Agro Texnik vəzifəsi üzrə vakansiya elan edir.

İşin təsviri:

  • İstixana daxillərindəki iş rejiminə tabe olmaq;
  • Gündəlik iş rejiminə və giriş çıxış vaxtlarındakı dəqiqliyə riayət etmək;
  • Təhkim olunduğu istixanaların yerləşdiyi texniki zonaları icazəsiz tərk etməmək;
  • Rəhbərliyin göstərişlərini vaxtında, düzgün yerinə yetirmək;
  • Qazanxana otaqlarına və qazanxanalara nəzarət etmək;
  • Qazanxana otağına kənar şəxsləri buraxmamaq, təzyiqə, qəzanın temperaturuna daimi nəzarət etmək və pozuntu halında müdaxilə etmək;
  • Gübrə otağında yerləşən avadanlıqlara xüsusi ilə sulama maşınına, gübrə, turşu çənlərinə, pestisid tətbiqi motoru kimi istixananın həyati texniki qurğulara nəzarət etmək;
  • İstixana daxilindəki isitmə sistemləri, isitmə motorları, isitmə borularına nəzarət etmək və istiliyin düzgün yayılmasını təmin etmək;
  • İsitmə sistemində olan bütün problemləri aqronoma bildirmək və həlli yolunu axtarmaq;
  • Sadalanan hallardan əlavə olaraq Texniki işçilər sezon sonunda (söküm, dezinfeksiya və s.) başqa vacib təxirəsalınmaz işlərə cəlb edilə bilərlər;
  • Təhkim olunduğu ərazidə texniki problemlərin aradan qaldırılması və aqronoma məlumat verilməsi.
  • Rəhbərliyin tapşırdığı digər işlər.

Tələblər :

  • İstixana sahəsində ən azı 1-3 il iş təcrübəsi;
  • Texniki iş ilə bağlı mükəmməl bilik və iş təcrübəsi;
  • Elektron hökümət portalında sərbəst istifadə bacarığı;
  • Komandada işləmək bacarığı,

İş şərtləri:

  • Həftə içi 6 gün : 09:00 – 17:00-dək ,
  • İstirahət günləri – bazar günləri.
  • Əmək haqqı – namizədin bilik və bacarıqlarına görə qərar veriləcək.

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi gb.orucova@butagroup.com elektron ünvanına göndərin.

Oxşar vakansiya siyahısı:

500 — 700 ₼
Fəhlə

İİnci Group Of Commpanies Fəhlə vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

25.04.2024 - Bakı

Minaaxtaran

Qaya Safety Solutions Minaaxtaran vəzifəsi üzrə vakansiya elan edir. ...

Qaya Safety Solutions

18.04.2024 - Cəbrayıl