Texnik
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

AzərPambıq ASK MMC Texnik vəzifəsi üzrə vakansiya elan edir.

Təsvir

  • Cəmiyyətdə tətbiq edilən bütün əsasnamələr, prosedur və qaydalar ilə ona aid edilmiş vəzifələri icra edir.
  • Tədarük olunan xam pambığın sənaye və seleksiya növləri üzrə ayrı-ayrılıqda dəstləşdirilməsini təmin edir.
  • Pambığın tayalarda yığılıb saxlanmasına mütəmadi nəzarət edir.
  • Tayaların brezent örtüklərlə örtülməsini təmin edir.
  • Pambıq tayalarında nəmliyin təsirindən yaranan öz-özünə qızışma prosesini müəyyən edib (mütəmadi termoşuplardan), sorucu ventilyatorlardan istifadə etməklə qızışmanın qarşısını almaq üçün proflaktik tədbirlər yerinə yetirilir.
  • Tayalarda saxlanılan xam pambığın nəqledici vasitələrə yüklənib daşınmasını təmin edir.
  • Tədarük vaxtı xam pambığın içində kənar qarışıq olarsa bu zaman dərhal rəhbərliyə məlumat verir.
  • Daşınma zamanı pambığa kənar qarışıqların qarışmasına nəzarət edir.
  • Avadanlığın və sistemlərin qurulması, tənzimlənməsi, sazlanması və işə salınmasına və onların saz vəziyyətdə saxlanmasına nəzarət edir.
  • Sorucu ventilyatorların işə qoşulmasına nəzarət edir.
  • Xam-pambığın saxlanılmasında istifadə olunan “Xam-pambığın yığılması və tədarükünə dair təlimat” tələblərinə uyğun olaraq işləri yerinə yetirir.
  •  Vəzifəsi üzrə rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirir.

Tələblər

  • Təhsil dərəcəsi: Orta ixtisas
  • Kompyuter bacarıqları: 1C 8.3, MS Windows, Excel, Word
  • Yaş həddi: 25-50
  • Problem həll etmə bacarığı
  • Yaranmış problemi cəld aradan qaldırma bacarığı

Müraciət üçün linkə daxil olun:  https://qlor.me/l8vggsgx

Oxşar vakansiya siyahısı:

Minaaxtaran

Qaya Safety Solutions Minaaxtaran vəzifəsi üzrə vakansiya elan edir. ...

Qaya Safety Solutions

18.04.2024 - Cəbrayıl