Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Modenis LLC eManat Keyfiyyətə nəzarət və test üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Nahar yeməyi şirkət tərəfindən verilir.
Vəzifə öhdəlikləri:
- Yeni və mövcud məhsullar üçün test proseslərini hazırlayıb tətbiq etmək;
- Proqram tətbiqlərinin yoxlanması və keyfiyyətinin təmin edilməsi;
- Yeni və ya mövcud məhsulların müştəriyönümlü olmasını təmin etmək;
- Avtomatlaşdırılmış test skriptləri hazırlamaq və nəticələri nəzərdən keçirmək
- Məhsulların analizi, keyfiyyətin yoxlanması və xətaların aradan qaldırılması;
- Ödəmə sisteminə qoşulan xidmətlərin funksionallığını yoxlamaq.
- Ödənişlərdə yaranan problemləri analiz etmək və qarşısını alma tədbirlərinin görülməsi.
- Keyfiyyəti təmin edən göstəriciləri müşayət etmək (defektlərin sıxlığı, açıq defektlərin sayı və s.)
Namizədə qoyulan tələblər:
- Ali təhsil;
- Ən azı 1 il iş təcrübəsi;
- Məhsulların analizində analitik – alqoritmik, biznesyönümlü düşünmə qabiliyyəti;
- Texniki sənədlərin tərtibi və Keyfiyyət Sistemlərinin qurulması
- QA (Quality assurance) işlərində və Test İdarəetmə Proqramlarında (Test Menegment Software) təcrübə
- Kompüter elmləri və ya biznes bilikləri
- Komanda şəklində işləmə bacarığı.
- Məhsulların keyfiyyətinin artırılması üçün proqramçılarla qarşılıqlı işləmək və məhsulun versiyalılığını təmin etmək.
- Xarici dil səviyyəsi: Azərbaycan dili – Səlis, İngilis dili– Intermediate, Rus dili – C1;
- Məhsulların keyfiyyətinin artırılması üçün biznesin tələblərini nəzərə almaq.
İş şəraiti:
- Ofis daxili;
- Əmək haqqı 600 AZN
- İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
- Əmək haqqının 15 gündən bir ödənilməsi;
- Tibbi sığorta təminatının verilməsi;
- Nahar təminatının qarşılanması.
Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi cv@modenis.az email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə mövzu adı yerində “Test və keyfiyyətə nəzarət üzrə kiçik mütəxəssis” yazılmalıdır .
Oxşar vakansiya siyahısı:
Honey Bee Development Capital (HBDC) Texnologiya və İnnovasiya şöbəsinə “İT Biznes Analitik – Responsible Finance Platforması” vəzifəsi üzrə vakansiya e ...
AS Group Data Analitik vəzifəsi üzrə vakansiya elan edir. ...
PROSYS LLC İT üzrə Biznes Analitik vəzifəsi üzrə vakansiya elan edir. ...
Apar şirkəti Mobil Tətbiq üzrə Məhsul Təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir. ...
Aznet Technologies QSC Telekommunikasiya şirkətinə Biznes analitik tələb olunur. ...
Aznet Technologies QSC Şəbəkə inzibatçısı vəzifəsi üzrə vakansiya elan edir. ...