Qısa məzmun
OBA marketlər şəbəkəsi Təşkilati İnkişaf və Dizayn üzrə Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Təşkilati inkişaf və dizayn üzrə siyasət və prosedurların hazırlanmasında və yenilənməsində iştirak etmək;
- Təşkilati strukturların, vəzifələrin yaradılması və ya redizaynı zamanı strukturun təşkilati prinsip və qaydalara uyğunluğunu təmin etmək;
- Yeni struktur və ya vəzifələrin yaradılması zamanı müvafiq rəhbərlərlə görüşlər keçirmək, struktur diaqramlarını hazırlamaq və yeniləmələri sistemə daxil etmək;
- Təşkilati rolların (funksiya və vəzifələrin) təkrarlanmamasını və aydın şəkildə bölüşdürülməsini təmin etmək;
- Təşkilati dəyişikliklər zamanı funksiyaların, sub-funksiyaların və rolların qurumlar arasında keçidini izləmək və keçidin tam və ardıcıl aparılmasına nəzarət etmək;
- Əməkdaşların inkişafını dəstəkləmək və performanslarının obyektiv qiymətləndirilməsinə töhfə verən layihələrdə iştirak etmək;
- Təşkilati strukturlar üzrə hesabatlar və təqdimatlar hazırlamaq;
- Ştatların optimallaşdırılması çərçivəsində yeni ştatların yaradılması və ya mövcud ştatların ləğvi ilə bağlı təhlillər aparmaq və əsaslandırmalar hazırlamaq.
Namizədə dair tələblər:
- Ali təhsil (idarəetmə, biznesin təşkili və ya əlaqəli sahə üzrə üstünlükdür);
- Təşkilati inkişaf və struktur dizaynı sahəsində minimum 2-3 il iş təcrübəsi;
- MS Office proqramları (xüsusilə Excel və PowerPoint) ilə yaxşı səviyyədə işləmək bacarığı
- Analitik düşünmə, strukturlaşdırma və sənədləşdirmə bacarığı;
- Komanda ilə işləmək və müxtəlif struktur rəhbərləri ilə effektiv ünsiyyət qurmaq bacarığı.
- Analitik düşünmə, detallara diqqət bacarıqları
Əlavə təminatlar:
- Nahar təminatı;
- Servis xidməti;
- Korporativ nömrə və danışıq limiti
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00
- Şənbə və Bazar istirahət günləri
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Təşkilati İnkişaf və Dizayn üzrə Aparıcı Mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt göndərmələri xahiş olunur. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
Brand Credit BOKT İnsan Resursları Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Ə/h razılaşma yolu ilə. Zeytun Pharmaceuticals İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Sea Breeze Construction İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Norm OJSC HR Team Leader vəzifəsi üzrə vakansiya elan edir. ...