Təsərrüfat üzrə Menecer
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

River INN Resort and SPA mərkəzi Təsərrüfat Meneceri vəzifəsi üzrə vakansiya elan edir.

Nəyi bilməlidir:

  • Tabeciliyində olan ərazilərin təmizlik işini təşkil etmək;
  • Təmizlik işlərinin vaxtında və keyfiyyətli görülməsini təmin etmək;
  • İş bölgüsünün təmizlik işçiləri arasında düzgün bölgüsünü təşkil etmək;
  • Azərbaycan və Rus dili (İngilis dili arzuolunandır);
  • Sərbəst istifadəçi səviyyəsində Microsoft Word, Excel, Outlook proqramlarını.

Nəyi bacarmalıdır:

  • Yüksək təşkilatçılıq və nəzarət etmə;
  • İşə planlı yanaşma, yüksək ünsiyyət bacarığı;
  • Məsuliyyəti üzərinə götürmə və problemi həlletmə;
  • Detallara diqqət yetirmə;
  • Çeviklik.

Xüsusi tələblər:

  • Müvafiq vəzifə üzrə azı 3 il iş təcrübəsi;
  • Səliqəli xarici görünüş;
  • Ezamiyyələrə hazır olmaq;
  • Motivasiya, təlim və təkmilləşdirmə vasitəsilə təsərrüfat şöbəsi komandasının idarə edilməsi sahəsində təcrübə;

Gözlənilən davranışlar:

  • Nizam-intizamlı;
  • Stresə qalib gəlmə;
  • Tələbetmə və yönləndirmə;
  • Komandada işləmə və düzgün idarəetmə.

İş şəraiti:

  • İş qrafiki: 1 növbəli iş qrafiki;
  • AR ƏM -nə müvafiq sənədləşmə;
  • İş yeri: Nabran
  • Korporativ nömrə ilə təmin edilmə;
  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.

Vəzifə öhdəliyi:

  • Təsərrüfat şöbəsinin bütün gündəlik işlərini idarə etmək –  bura daxildir: ofislərin, foyenin,  yuyunma otaqlarının, restoranların, paltarların və bütün ictimai ərazilərin təmizliyi;
  • Qonagların yüksək səviyyədə razı qalmasını təmin etmək üçün komanda üzvlərinin işinin planlaşdırılması,təşkili və istiqamətləndirilməsi;
  • Keçirilmiş və keçirilməsi nəzərdə tutulan bütün tədbirlər daxil olmaqla təsərrüfat heyətinin işinə gündəlik nəzarət;
  • Təsərrüfat ləvazimatları və inventarlarının  alınması, yenidən sifariş edilməsi və təsdiqlənməsi;
  • Tədbirdən öncə bütün otaqların, foyenin, tədbir keçirilməsi nəzərdə tutulan  ictimai ərazilərin yoxlanışının həyata keçirilməsi;
  • avadanlıqların təsnifatını aparmaq;
  • Stoklara nəzarət, tələbat malları bitməmiş bu barədə təchizat şöbəsinə məlumat vermək və əksik olan mallar alınıb yerinə qoyulmasına məsuliyyət daşımaq.

Qeyd olunan tələblərə uyğun namizədlər elektron poçtuna mövzu yerində “Təsərrüfat üzrə menecer” qeyd etməklə CV göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

Fəhlə

CMT Group MMC Fəhlə üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

450₼
Xadimə

CMT Group MMC Xadimə üzrə vakansiya elan edir. ...

CMT Group MMC

24.04.2024 - Bakı