Qısa məzmun
Rifah Group Təsərrüfat rəhbəri vəzifəsi üzrə vakansiya elan edir.
Vəzi̇fə Öhdəli̇kləri̇:
- Şirkətin təsərrüfat xidmətinin lazımı səviyyədə təşkil edilməsinə nəzarət;
Şirkətə məxsus nəqliyyat vasitələrinin təmirə nəzarət; - Şirkətə məxsus mağazaların Təsərüfat işlərini koordinasiya etmək
- Ofislərin təmir işlərinin keyfiyyətlə yerinə yetirilməsinə nəzarət;
- Şirkətin bölmələrini mebellə, təsərrüfat inventarları, idarəetmənin texniki vasitələri ilə təmin edilməsi, onların mühafizəsi və vaxtında təmir olunmasına nəzarət;
- Sahənin abadlığına, yaşıllaşdırılmasına, təmizlənməsinə, binaların fasadlarının və giriş yerlərinin təmiz olmasına nəzarət;
- Şirkətin sanitar qaydalarına uyğun səliqəli və təmiz saxlanılmasının təmin edilməsi;
- Şirkətə lazım olan təsərrüfat mallarının sifarişinin vaxtında hazırlanması və təminatının təşkil edilməsi;
- Təmir bərpa işləri
- İşlərin smetasının tərtib edilməsi və aidiyyatı departamentlə razılaşdırılması.
- Təsərrüfat və digər malların qalığına daima nəzarətin edilməsi;
- Tabeliyində olan əməkdaşlar arasında iş bölgüsünün düzgün aparılması, fəaliyyətinin əlaqələndirilməsi, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət.
Nami̇zədə Tələblər:
- Ali təhsil
- Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi
- Təmir işlərində anlama bacarığı
- Komandada işləmək bacarığı;
- Əmək haqqı: Müsahibə əsasında təyin olunur;
- İş yeri: Bakı şəh.
- İşin əhatə dairəsi: Ölkə ərazisi üzrə
- İş qrafiki: 6 günlük
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən xahiş olunur mövzu sətirində “Təsərrüfat rəhbəri ” qeyd edərək CV-lərini elektron poçt ünvanına göndərsinlər.