Tərcüməçi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Qazax Sement Zavodu MMC Tərcüməçi vəzifəsi üzrə vakansiya elan edir.

İş yeri: Qazax rayonu,  Daş Salahlı kəndi

Namizədə tələblər:

  • Ali təhsilli olmalı;
  • Müvafiq sahə üzrə 3 il iş təcrübəsi olmalı;
  • Texniki / sənaye, administrativ və layihələr üzrə iş təcrübəsi olanlara üstünlük verilir;
  • Dil bilikləri: İngilis, Rus və Azərbaycan dillərini mükəmməl səviyyədə (Şifahi və Yazılı) bilməli;
  • MS Office – Word, Excel, Project proqramlarını bilməli;
  • Məsuliyyətli, işgüzar, ciddi, ünsiyyətcil və aktiv olmalı.

Əsas vəzifə öhdəlikləri:

  • Əcnəbilərlə görüşmələrdə və iclaslarda, o cümlədən müəssisənin əcnəbi mütəxəssis və rəhbər işçi heyətinin sahələrdə kollektiv ilə görüşmələrində və iş prosesində tərcüməçilik etmək (İngilis, Rus və Azərbaycan dillərində), qeydlər aparmaq, iclas protokollarını hazırlamaq,
  • Müəssisəyə və rəhbərlərinə aid sənədləri və yazışmaları Azərbaycan dilindən İngilis və Rus dillərinə və əksinə tərcümə etmək,
  • Texniki sənədləri, alqı-satqı və xidmət müqavilələrini, təlimatları və s. tərcümə etmək (İngilis, Rus və Azərbaycan dillərində),
  • Tərcümə zamanı istifa olunan texniki terminlərin tərcüməsini yüksək keyfiyyətdə yoxlamaq və redaktə etmək,
  • Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək.

Əsas təminatlar:

  • Nahar (Zavod ərazisindəki hoteldə qalanlar gündə 3 dəfə yeməklə təmin olunur),
  • Aylıq mobil rabitə limiti ilə təmin olunur,
  • İşçilərin iş yerinə rahat gediş-gəlişi üçün  ətraf yaşayış məntəqələrinə (Qazax və Ağstafa rayonları) komfortlu servis avtobusları fəaliyyət göstərir,
  • Zavod ərazisində yaşayış yeri şirkət tərəfindən təmin olunur (Adminstrativ heyət üçün zavod ərazisində yüksək səviyyəli Hotel – yataqxana fəaliyyət göstərir).

Mövzu hissəsində ” Tərcüməçi ” qeyd olunması zəruridir.

Qeyd: Xahiş olunur fikri ciddi olmayan, xarici dil bilikləri zəif olan və iş təcrübəsi olmayan namizədlər CV göndərməsin.

mənbə: jobsearch.az

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...