Tender üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ramco CJSC Tender üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir

Namizədə olan tələblər:

  • Ali təhsil;
  • Microsoft Office proqramlarından istifadə bacarığı;
  • Azərbaycan,rus və ingilis dillərində səlis ünsiyyət qabiliyyəti;
  • Sənaye malları üzrə təchizat və tender sahəsində minimum 3 illik iş təcrübəsi.

Vəzifə öhdəlikləri:

  • Mütəmadi olaraq tender elanlarının (yerli və xarici) izlənilməsi;
  • Uyğun tenderlərin sorğularının yığılıb rəhbərliyə təqdim edilməsi və onlar barədə təsdiqin aparılması;
  • Tender predmeti üzrə ödənişin olunması üçün müraciətin edilməsi və ödənişin edilməsinə nəzarət;
  • Ödənişi edilən tender predmeti üzrə satınalma qurumuna sənədlər toplusunun əldə edilməsi üçün rəsmi müraciətin edilməsi;
  • Əldə olunan sənədlər toplusunun müvafiq şöbələrə təqdim olunması;
  • Tender predmeti ilə analoji xarakter daşıyan layihələr üzrə satınalan qurumun bağladığı layihələr bardə məlumatın rəhbərliyə təqdim olunması;
  • Tender predmeti üzrə tələb olunan sənədlərin müvafiq şöbələr tərəfindən hazırlanması üçün müraciətlər yönləndirilməsi;
  • Müvafiq şöbələr tərəfindən hazırlanan sənədlərin (ixtisas, təşkilat, hüquqi, təklif) satınalan quruma təqdim olunması;
  • Tender predmetinin müzakirəsi üçün şirkət daxili iclasların təşkili;
  • Satınalan qurumla iddiaçı arasında koordinasiya kommunikasiyanın qurulması;
  • Satınalan qurum tərəfindən keçirilən zərf açılışı tədbirində şirkətin təmsil olunması;
  • Hər bir tender predmeti üzrə cəkilən xərclərin hesabat şəkilində rəhbərliyə təqdim olunması;
  • Qalib gəldiyimiz təqdirdə müqavilənin və diqər sənədlərin hazırlanması və satınalan quruma təqdim olunması;
  • Zərf açılışında nəticəsi barədə rəhbərliyə həsabatın verilməsi və analizin təqdim olunması;
  • Şirkətin profilinə uyğun olan özəl şirkətlər tərəfindən gələn sorğuların cəlb olunması;
  • Tender prosesinə nəzarət “deadline”larının qoyulması nəzarət;
  • Yığılan sənədlərin yoxlanılması və ehtiyac olduğu halda bir daha düzəlişə göndərilməsi.

İş şərtlərimiz:

  • Əmək haqqı: Müsahibə əsasında təyin olunacaqdır;
  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş saatları: 08:30-17:30.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Tender üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

1200 — 1500 ₼
Baş Anbardar

Azprotein Foods Group Baş Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Təchizat üzrə mütəxəssis

Tender kateqoriyalarına görə təchizatçı şirkətlərin müəyyən edilməsi; Kateqoriyalara görə şirkətlərə tender dəvətləri göndərmək, tələb edilən ...

Company

22.04.2024 - Bakı

600₼
Anbardar

Sabah Group MMC Anbardar vəzifəsi üzrə vakaniya elan edir. ...

SABAH GROUP MMC

18.04.2024 - Bakı

Xarici Satınalma üzrə Mütəxəssis

ZH-GROUP MMC Xarici Satınalma üzrə Mütəxəssis vakansiyasıni elan edir ...

ZH-GROUP MMC

18.04.2024 - Bakı