Təmizlik şöbəsi menecerinin köməkçisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Gabala Hospitality Group Təmizlik şöbəsi menecerinin köməkçisi vəzifəsi üzrə vakansiya elan edir.

Vəzi̇fə Öhdəli̇kləri̇:

  • Təmizlik şöbəsinin daxili əməliyyatlarını plana uyğun idarə etmək və şöbəyə dair təlimatların hazırlanması və yenilənməsi üçün Təmizlik şöbəsinin menecerinə yardım etmək.
  • Qeydiyyat zamanı otaqların qonaqlar üçün hazır olmasını təmin etmək üçün digər şöbələrlə əlaqələrin optimal və tam işlək olmasını yoxlamaq üçün müvafiq sistemləri idarə etmək.
  • Müştərilər otağa daxil olana kimi müvafiq ayrılmış otaqları tam satışa hazır hala gətirmək.
  • Müştərilər otağı tərk etdikdən sonra təmir və ya digər məsələlərlə bağlı hər hansı problemi həll etmək üçün müvafiq şöbələrə məlumat vermək.
  • Kommunikasiya üzrə qeydiyyat jurnallarını oxumaq və yeniləmək.
  • Aylıq fəaliyyət hesabatlarını tərtib etmək.
  • Avadanlıqların texniki xidmətinə dair hesabatlar və qeydiyyat sənədlərini idarə etmək.
  • Qonaqlar və həmkarlarla qarşılıqlı anlaşma şəraitində çalışmaq və normal iş münasibətlərini qoruyub saxlamaq.
  • Təmizlik şöbəsi üçün tələb olunduqda zəruri sayılan ləvazimatların ehtiyatı və ehtiyaclar barədə Təmizlik şöbəsinin menecerinə xəbər vermək.
  • Müntəzəm olaraq otaqların yoxlanılmasını həyata keçirmək və təmizlik standartlarının hər zaman qorunub saxlanılmasını təmin etmək.
  • Qonaqlara nöqsanlı və ya çirkli otaqların verilməməsini təmin etmək.
  • Əsas diqqəti hotelin ümumi uğuruna və otel qonaqlarının məmnunluğuna yönəltməklə, idarəetmə heyəti ilə dəstəkləyici və çevik formada sıx fəaliyyət göstərmək.
  • Şöbədaxili təlimçilərə dəstək olmaq və daimi olaraq əməkdaşları daxili təlimlərə cəlb etmək.
  • Əməkdaşları yaradıcı və novator olmağa təşviq etmək, şöbənin və mehmanxananın müvəffəqiyyət qazanması üçün onları stimullaşdırmaq.

Tələb Olunan Bi̇li̇k, Bacariq Və Təcrübə:

  • Azərbaycan dili – əla
  • İngilis dili- yaxşı
  • Qeyd edilən sahə üzrə 3 il və ya daha çox iş təcrübəsi
  • 200 və ya daha çox otaq nömrəsi olan mehmanxanalarda müvafiq sahə üzrə iş təcrübəsi
  • Kompüter və ofis texnikasından yaxşı istifadə bacarığı(Opera PMS,Fidelio,MS Excel)
  • Orta ixtisas və ya daha yüksək təhsil
  • Xoş görünüşlü, gülərüz, detallara fokuslu, pozitiv,vaxtı idarə etmək, konfliktləri həll etmək, mövcud problemin həllini  yerində tapmaq
  • Stressə davamlı olmaq, təzyiq altında effektiv işləmək bacarığı

Qeyd: İş yeri Qəbələ şəhərində yerləşir.

Maraqlanan xanım və bəy namizədlərdən öz CV-ni Word və ya pdf formatında mövzu hissəsində İşin adı (Təmizlik şöbəsi menecerinin köməkçisi) göstərilməklə elektron poçtuna göndərmələri xahiş olunur

Yalnız tələblərə uyğun hesab edilən namizədlərlə əlaqə salanılacaq.

Oxşar vakansiya siyahısı:

Marketinq üzrə mütəxəssis

AZBADAM MMC Marketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azbadam MMC

08.04.2024 - Bakı

900₼
Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis)

Kontakt Home Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

08.04.2024 - Bakı