Təmizlik işləri üzrə nəzarətçi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Green Cleaning MMC Təmizlik işləri üzrə nəzarətçi vəzifəsi üzrə vakansiya elan edir.

Əsas vəzifə öhdəlikləri:

  • Tabeciliyində olan ərazilərin təmizlik işini təşkil etmək.
  • Təmizlik işlərinin vaxtında və keyfiyyətli görülməsini təmin etmək.
  • İş bölgüsünün təmizlik işçiləri arasında düzgün bölgüsünü təşkil etmək.
  • Təmizlik işinin gündəlik,həftəlik və aylıq qrafikinə uyğun aparılmasına nəzarət etmək.
  • Kimyəvi maddələrin düzgün istifadəsinə nəzarət etmək.
  • Şirkətə məxsus avadanlıq və maşınların düzgün istəfadəsinə nəzarət etmək.
  • İşçi personalının təhlükəsizliyini təmin etmək.
  • Təmizlik işi gördüyü ərazinin rəhbərliyi ilə daimi olaraq əlaqəda olmaq.
  • Təyin olunmuş toplantı, təlimlər və görüşlərdə iştirak etmək.
  • Təmizlik işinin inkişafı üçün Layihə Menecerinə öz təkliflərini vermək
  • Layihə Menecerinin verdiyi tapşırıqları vaxtında əməl etmək.
  • Baş vermiş neqativ hallar, insidentlər, digər şəxslərin hərəkətləri və ya başqa şirkətin siyasətinə və missiyasına aid olan məsələlər barədə Layihə Menecerini məlumatlandırmaq (yazılı və ya şifahi)
  • Görülən işlər haqqında Layihə Menecerinə gündəlik məlumatlar vermək.

Əsas tələblər:

  • Ali təhsilli
  • İdarə etmə və təmizlik işinin təşkili sahəsində ən azı 2 il təcrübəyə malik olması
  • Yaş həddi 25-40
  • Komanda da işləmə bacarığı
  • İşçi qüvvəsini idarə etmə bacarığı
  • Ünsiyyət qurma bacarığı
  • Təmizliyə aid olan kimyəvi maddələr və avadanlıqlar haqqında biliklərə sahib olması
  • Səhər və axşam növbələrində işləmə bacarığı
  • Təşkilatçlılq, operativlik

Əmək haqqı: 800- 1500

Maraqlanan ərizəçilər, mövzu hissəsində “Təmizlik işləri üzürə nəzarətçi” qeyd olunmaqla, CV-ni (greencleaning.hr@gmail.com) elektron poçtuna təqdim etməlidirlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...