Təmizlik işçisi ( kişi )
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 370 -400 AZN . Cinema Plus Təmizlik işçisi ( kişi ) üzrə vakansiya elan edir. COVİD Pasportunun olması vacibdir.

Şöbə: Gənclik MALL, “Dəniz Mall”

Vəzifə öhdəlikləri:

  • Kinoteatrın ərazisini və otaqlarını yığışdırır, təmizləyir;
  • Kinoteatr ərazisində tozları silir, döşəməni, pilləkənləri, pəncərələri, divarları, plintusları, tavanı süpürür, xüsusi vasitələrlə və ya əllə yuyur;
  • döşəmələrin, divarların və tavanların təmizlənməsi üçün müxtəlif yuyucu və dezinfeksiyaedici qarışıqlar hazırlayır;
  • istehsal tullantılarını və zibilləri kinoteatrdan müəyyən edilmiş yerlərə daşıyır;
  • iş üçün lazım olan yuyucu vasitələr, inventar və digər işlənən materiallar alır;
  • zibil qablarını düzür, onları vaxtında təmizləyir və dezinfeksiya edir;
  • yığışdırdığı yerlərdə sanitariya və gigiyena qaydalarına riayət edir;
  • xidməti ayaqyollarını, duş otağını və ümumi istifadə otaqlarını yığışdırır və dezinfeksiya edir;
  • seanslar arasında tamaşa zallarında nəm təmizlənmə işləri görür;
  • bazar günləri və axşam saatlarında supervayzerin sərəncamlarını rəhbər tutur;
  • müdiriyyətin istənilən otaqların yığışdırılması ilə bağlı ayrı-ayrı tapşırıqlarını vaxtında və keyfiyyətlə yerinə yetirir.

Vəzifəyə olan tələblər:

  • fiziki sağlam
  • çevik
  • diqqətcil
  • təmizkar

İş qrafiki:

  • 6 Günlük, İş vaxtı: 8 saat, nahar: 1 saat
  •  07:00-dan 16:00-dək
  • 12:00-dan 21:00-dək
  • 14:00-dan 23:00-dək
  • 16:00-dan 00:00-dək
  • Əməkdaş bütün növbələrdə işləməyə hazır olmalıdır.
  • COVİD Pasportunun olması vacibdir,
  • QEYD: Xahiş olunur mailin mövzu hissəsində “Xadimə” və “Təmizlik işçisi” qeyd edəsiniz.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...