Qısa məzmun
Veliev MMC Təmirçi-çilingər vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə və Öhdəlikləri:
- Yük avtomobillərinə tələb olunan qaydada texniki baxışı icra etmək və mövcud mexaniki nasazlıqları aşkar etmək
- Aşkarlanan mexaniki nasazlıqları mexanik ilə təsdiqlədikdən sonra nasazlıqları texniki təmir tələbinə uyğun aradan qaldırmaq
- İş yerinin təmiz və səliqəli saxlamaq,əmək və yanğın təhlükəsizliyi qaydalarına əməl etmək
- Daxili nizam-intizam qaydalarına yüksək səviyyədə riayət etməli
Tələblər:
- Texniki sahədə orta ixtisas təhsili;
- Çilingər kimi yük maşınları və texnikalar üzrə minimum 3 il iş təcrübəsi;
- Texnikaların əsas iş prinsipləri, xüsusiyyətləri və imkanlarını bilməli;
- Komanda ilə işləmə bacarığı;
- Məsuliyyətli, işgüzar, ciddi, diqqətcil, dürüst və aktiv olmalıdır.
Əmək şəraiti:
- İş yeri: Sumqayıt şəhəri
- İş rejimi: 6 günlük
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır
- Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini emailin mövzu hissəsində “Təmirçi-çilingər” qeyd edərək hr@veliev.az elektron ünvanına göndərə bilərlər.
- İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.