Təlimlər üzrə Nəzarətçi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Gravity Inc Təlimlər üzrə Nəzarətçi vəzifəsi üzrə vakansiya elan edir.

İş qrafiki: Həftə içi 5 gün tam, şənbə günləri natamam iş günü

Əmək haqqı: 500 AZN

Namizədə tələblər:

  • Yaş: 25-45
  • Natamam Ali və ya Ali təhsil;
  • Təlimlərin təşkili və idarəolunmasında təcrübə;
  • Məsuliyyətli, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti;
  • İntizam nizamnaməsinin tələblərinə ciddi riayət etmək;
  • Mükəmməl ünsiyyət və kommunikasiya bacarıqları;
  • Etik normalar əsasında davranma qabiliyyəti (gülərüz, səbirli və təmkinli);
  • Microsoft Office proqramları ilə səlis işləmə bacarığı.

Vəzifə öhdəlikləri:

  • Təlim keçən iştirakçıların qeydiyyatının aparılması;
  • Təlim iştirakçıları üçün təlim materialları və ləvazimatlarına nəzərətin təşkil edilməsi;
  • Təlimlərin keçirilməsi üçün zəruri avadanlıqlarla təchiz olunmuş təlim otaqlarına nəzarətin təşkil edilməsi;
  • Hesabatlılıq məqsədi ilə sənədlərin hazırlanması və rəhbərliyə təhvil verilməsi;
  • Təlim iştirakçılarına müvafiq sənədlərin doldurulması prosesində dəstək, təlim proqramının tam anladıqlarına əmin olmaq üçün lazımi köməkliyin göstərilməsi;
  • Auditoriyanı düzgün idarə etmək, ehtiyac yarandıqda təlim iştirakçılarına fərdi dəstək olmaq;
  • Layihə prosesində rəhbər şəxslərlə sıx əlaqədə olmaq, verilən tapşırıqları vaxtında və düzgün icra etmək;
  • Layihənin uğurla icra olunması və tamamlanması üçün digər lazımi bütün işlərin görülməsi.

CV-nizi Word və yaxud PDF formatında hazırlayaraq bölüşülməsi vacibdir. CV formasında əsas məlumatlar lokanik və aydın qeyd olunmalıdır.

Nəzərə almaq vacibdir ki, namizədliyinizin baxılmasında CV formanız mühüm rol oynayır. Belə ki, rica edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir.

Yalnız müvafiq təcrübəyə sahib şəxslərin müraciət etməsi xahiş olunur. Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini elektron poçt ünvanına göndərmələri və mövzu hissəsində mütləq “Təlimlər üzrə Nəzarətçi” qeyd etmələri xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...