Təlim və metodologiya şöbəsinin baş məsləhətçisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Təhsildə Keyfiyyət Təminatı Agentliyi Təlim və metodologiya şöbəsinin böyük məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi:

  • Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın və Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”nin müvafiq müddəalarına uyğun olaraq təhsil müəssisələrinin akkreditasiyasının həyata keçirilməsi üçün tövsiyələr hazırlamaq və təlimlər təşkil etmək, eyni zamanda fəaliyyət istiqamətlərinə aid olan məsələlər və keyfiyyət təminatı mövzusunda fərdlərin səriştələrinin artırılması üzrə xarici ölkələrdən mütəxəssislər də cəlb etməklə konfranslar, müşavirələr, seminarlar, təlimlər keçirmək və digər tədbirlər təşkil etmək nəzərdə tutulmuşdur. Təlim ehtiyacları əsasında beynəlxalq təcrübəyə malik təlimçilər dəvət edilməklə təlimlər və seminarlar təşkil edilməsi yüksəknüfuzlu təhsilverənin formalaşdırılmasında mühüm rol oynayacaqdır.

Vəzifə

  • Sizin vəzifəniz Agentliyin Nizamnaməsinə və müvafiq struktur bölmənin əsasnaməsinə uyğun olaraq müəyyən olunmuş ehtiyaclar əsasında seminar, layihə və təlimlərin həyata keçirilməsi prosesində iştirak olacaqdır.

Məsuliyyət:

  • Keyfiyyət Təminatı sahəsində təlimlər keçmək və metodoloji materiallar hazırlamaq
  • Təhsil müəssisələrinin fəaliyyətini, bu barədə hazırlanan tövsiyələri, hesabatları və təhsil müəssisələrindən daxil olan müraciətləri nəzərdən keçirərək təhsil müəssisələri üçün təlimlər, maarifləndirici tədbirlər və inkişaf planları ilə bağlı təkliflər hazırlamaq;
  • Akkreditasiya zamanı təhsil müəssisələrinə müvafiq təlimlərin keçirilməsini təşkil etmək;
  • Keyfiyyət təminatı və akkreditasiya prosesi üzrə ekspert bazasının qurulmasında iştirak etmək və seçilmiş ekspertlər üçün müvafiq təlimlər keçmək;
  • Təlim və digər maarifləndirici tədbirlər ilə bağlı göstərilmiş xidmətlərin effektivliliyi və nəticələri barədə qiymətləndirmə aparmaq və hesabat hazırlamaq;
  • Təlimlər və digər maarifləndirici tədbirlər üçün təlimçi bazasının yaradılması, mütəxəssislərin hazırlanması, onlara müvafiq təlimlərin keçirilməsi, sertifikatların verilməsi və ixtisaslarının artırılması istiqamətində işləri həyata keçirmək;
  • Keyfiyyət təminatı mövzusunda fərdlərin səriştələrinin artırılması üzrə xarici ölkələrdən mütəxəssislər də cəlb etməklə konfransların, müşavirələrin, seminarların, təlimlərin keçirilməsini və digər tədbirlərin təşkil edilməsində iştirak etmək;
  • Beynəlxalq qabaqcıl təcrübənin öyrənilməsi və Şöbənin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə tövsiyələr hazırlamaq;
  • Vəzifə öhdəliklərindən irəli gələn digər fəaliyyətləri həyata keçirmək.

Tələblər:

  • Ali təhsil;
  • Keyfiyyət təminatı, təhsilin idarəedilməsi, insan resurslarının idarəedilməsi sahələri üzrə 3 illik iş təcrübəsi;
  • Təlimçi olaraq 2 illik iş təcrübəsi;
  • Yüksək səviyyədə Azərbaycan, ingilis dili və rus dili biliyi
  • Microsoft Office proqramlarını (xüsusilə Power Point və Excel) yüksək səviyyədə bilmək və internet resurslarından istifadə bacarığı;
  • Effektiv şifahi və yazılı peşəkar kommunikasiya bacarığı;
  • Beynəlxalq təcrübəni öyrənmək, təhlil etmək və tətbiqinə nail olmaq bacarığı;
  • Analitik, strateji düşünmə və problem həlletmə bacarığı;
  • Monitorinq və qiymətləndirmə bacarığı;
  • Təşkilatçılıq bacarığı;

Üstünlüklər:

  • Dövlət qurumlarında təmsil olunma və dövlət əhəmiyyətli tapşırıqların icrası;
  • Dövlət qurumlarında karyera qurmaq və vəzifədə irəliləmək imkanı;
  • Rəqabətqabiliyyətli və nəticəyönümlü əməkhaqqı sistemi.

İş qrafiki: bazar ertəsi-cümə, saat 09:00-18:00
Qeyd: Müəssisə qanunvericiliyə uyğun olaraq əməkdaşların akademik fəaliyyətlərinin davam etdirilməsinə şərait yaradır.
Son müraciət tarixi: 05.03.2021

Göstərilən tələblərə cavab verən namizədlər öz CV- lərini hr@tkta.edu.az elektron ünvanına mövzu yerinə “TMŞ baş məsləhətçi” qeyd etməklə göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...