Qısa məzmun
Parabokt Təlim və işçi qiymətləndirməsi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. Humanitar və ya iqtisadiyyat sahəsində ali təhsilin olmalıdır.
İş haqqında:
- İnsan Resurslarının İdarə edilməsi Departamentinə Təlim və işçi qiymətləndirməsi üzrə koordinator
- Əmək haqqı: 1200-1500 manat
- İş günləri 1-6-cı günlər bazar günü – istirahət
Tələblər:
- Humanitar və ya iqtisadiyyat sahəsində ali təhsilin olması;
- Portalla işləmək;
- Tabelin və əmrlərin hazırlanması;
- Azərbaycan Respublikasının müvafiq qanunlarını,Əmək Məcəlləsini,Mərkəzi Bankın təlimatlarını bilməsi;
- İnsan Resursları işinin idarəolunması üzrə bacarıqlara malik olması;
- Departament işlərini planlaşdırma bacarığına malik olması;
- Microsoft Office proqramları üzrə biliklər (Xüsusilə Word,Excell,Outlook)
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
Vəzifə öhdəlikləri:
- İşçilərin vəzifə təlimatları və əmək müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin icrasına nəzarət;
- İşçinin peşəkar hazırlıq səviyyəsinə uyğun qiymətləndirməni həyata keçirmək;
- Qiymətləndirmə formalarına və xüsusiyyətlərinə uyğun qiymətləndirmə aparmaq;
- Müəyyən dövr üzrə işçinin işgüzarlıq fəaliyyətini müəyən etmək;
- Təlim vəsaitlərinə uyğun işçilərin təlimlərdə iştirak etməsini həyata keçirmək;
- İşçilərin maddi və mənəvi qiymətləndirilməsi sisteminin həyata keçirilməsində iştirak etmək;
- Daxili təlimin keçirilməsilə bağlı təlim planının hazırlanması;
- Daxili attestasiyanın keçirilməsi işinin təşkil edilməsi;
- Səmərəli fəaliyyət göstərməyə mane olan çətinliklərin, problemlərin müəyyən etmək və onların aradan qaldırılması məqsədilə tədbirləri həyata keçirmək;
- Boktun tələbinə uyğun işə götürmə meyarlarının müəyyən olunması;
- Potensial namizədləri müəyyənləşdirmək məqsədilə daxili işçi heyətinin qiymətləndirilməsi, əmək bazarının və işə götürmə agentlikləri ilə əlaqələrin yaradılması;
- Boktun potensial namizədlərə ən yaxşı iş yeri kimi tanıtmaq və təbliğ etmə tədbirlərinin hazırlanması və icrası
- İşçilərin həvəsləndirməsinə təkliflər verib icrasında iştirak etmək;
İR idarə edilməsilə əlaqədar məlumatların effektiv və dəqiq təmin və təhlilinə, başqa biznes sistemləri və prosesləri ilə vəhdətin təşkil etməsinə nail olmaq; - Departament daxili hesabatın verilməsi
Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini “Koordinator” başlığı ilə vakansiya@parabank.az elektron ünvanına göndərməkləri xahiş olunur.
Qeyd edək ki yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. Bundan əlavə, göndərilən bütün CV-lər məxfi məlumat bazasına daxil edilir.
Oxşar vakansiya siyahısı:
Siyəzən Broyler MMC Kadrlar üzrə əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Aztelco Group MMC Ofis İşləri üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Siyəzən Broyler MMC Kadrlar üzrə əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
AzəriMed QSC İşə qəbul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Ünsiyyət yaratmaq bacarığı olmalıdır. ...
NYS Information Technologies İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...