Təlim və inkişaf üzrə Menecer
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. MKT İstehsalat Kommersiya MMC Təlim və inkişaf üzrə Menecer vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə funksiyaları:

  • İnsan Resurslarının inkişaf proqramlarının hazırlanılması və gündəlik icrasının koordinasiyası;
  • İnsan Resurslarının layihələrinin və inkişaf proqramlarının həyata keçirilməsi;
  • Görülən işlərin analizi, son stasusu, qiymətləndirmə sistemləri və müntəzəm konsultasiyalar vasitəsi ilə inkişaf ehtiyaclarının müəyyən olunması;
  • Təlim ehtiyaclarının araşdırılması, təkliflərin hazırlanması və razılaşdırılması;
  • Şirkətdə təlim işinin qurulması və həyata keçirilməsinin koordinasiyası;
  • Təlim və inkişaf istiqamətində hesabatlılıq mexanizminin hazırlanması və idarə edilməsi
  • Bütün əməkdaşların təlim sənədlərinin yenilənməsini və 1C sisteminə vaxtlı-vaxtında daxil edilməsini təmin etmək;
  • Şirkət daxilində təlim və inkişaf ehtiyaclarının müəyyən edilməsi;
  • Təlim və inkişaf proqramlarının işlənib hazırlanması və genişləndirilməsi;
  • Əməkdaşların səmərəli giriş təlimatı proqramlarının təşkil edilməsi.
  • Şirkətdaxili və xarici təlimlərin təşkil olunması;
  • Müxtəlif multimedia cihazlarından istifadə, e-təhsil və s. kimi vasitələr ilə tədris
    mərkəzlərindən kənarda təlim prosesinin qurulmasına (müəyyən edilməsinə) və yeni
    tlim imkanlarının yaradılmasına dəstəyin verilməsi;
  • Çoxpilləli qiymətləndirmə sisteminin yaradılması və tətbiqi vasitəsilə əməkdaşların işinə
    treyninqin verdiyi töfhənin qiymətləndirilməsi;
  • Təlimlərin idarəedilməsi sisteminin dəstəklənməsində yardım;
  • İşçilərin treyninqlərə cəlb etmə və iştiraklarını təmin etmə məqsədi ilə güclü
    kommunikasiya strategiyasının qurulması.

Tələblər:

  • Ali təhsilin olması.
  • Təlim Meneceri olaraq ən azı 5 il iş təcrübəsi;
  • Komanda yoldaşları və digər işçi heyyəti ilə həmahəng iş münasibətləri qurmaq və qoruyub saxlamaq, peşəkar komanda mühitində effektiv fəaliyyət göstərmək bacarığı;
  • Dəqiqlik, detallara fikir vermək, şəffaflığa bağlılıq;
  • Ölkədaxili ezamiyyət etmək imkanı;

İş qrafiki: 5 günlük, 09:30-18:30

Müraciət qaydaları: CV –ni Azərbaycan dilində hr@mktcotton.com elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Təlim və inkişaf üzrə Menecer” yazmaqla müraciət edilir.

Oxşar vakansiya siyahısı:

İnsan Kapitalı üzrə Biznes Partnyor

Unibank Kommersiya Bankı İnsan Kapitalı üzrə Biznes Partnyor vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

25.04.2024 - Bakı

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı