Telemarketinq üzrə kiçik mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Azərbaycan Beynəlxalq Bankı Telemarketinq üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Azərbaycan Beynəlxalq Bankı Pərakəndə CRM departamentinin Telemarketinq şöbəsinə kiçik mütəxəssis vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi sağlamlaşdırma prosesində Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Görəcəyiniz işlər:

  • Bankın mövcud məhsul və xidmətlərinin müştərilərə zəng vasitəsilə ilkin satışı
  • Mövcud kampaniya və güzəştlər barədə müştərilərin zəng vasitəsilə məlumatlandırılması
  • Bankın mövcud məhsul və xidmətləri üzrə müştəri məmnunluğunun müəyyən edilməsi məqsədilə telefon zənglərinin edilməsi

Bizim üçün ideal namizəd:

  • Ali təhsilli;
  • Azərbaycan və rus dillərini mükəmməl bilən;
  • Məlumat mərkəzi və ya satış sahəsində təcrübə üstünlükdür;
  • Məhsul və ya xidmətin təbliği qabiliyyəti olan;
  • Müştərini inandırmaq və telefonla satış qabiliyyəti olan;
  • MS Excel, Word və Outlook proqramları ilə əla səviyyədə işləmək qabiliyyətli;
  • Ünsiyyətçilik və səlis danışıq səriştəsi olan;
  • Komandada işləmək bacarığı olan;
  • Analitik zəka, müştərilərlə yüksək səviyyədi işləmək motivasiyası olan şəxsdir.

Bu iş sizə nələri qazandıracaq:

  • Bank sahəsində iş proseslərini və bank xidmətlərini dərindən öyrənmək imkanı;
  • Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
  • Dil biliklərinizi inkişaf etdirmək imkanı;
  • Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
  • Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
  • Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq.

Əgər axtardığımız ideal namizəd sizsinizsə CV- cv@ibar.az elektron ünvanına göndərə bilərsiniz.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Telemarketinq üzrə kiçik mütəxəssis” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.

Oxşar vakansiya siyahısı:

Zəng mərkəzinin operatoru

Ə/h razılaşma yolu ilə. FoxExpress Zəng Mərkəzinin Operatoru vəzifəsi üzrə vakansiya elan edir. ...

FoxExpress

22.05.2024 - Bakı

Əlavə xidmətlər üzrə operator

Kontakt Home Əlavə xidmətlər üzrə operator vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

22.05.2024 - Bakı

350 — 600 ₼
Operator

Ritm mebel Operator vəzifəsi üzrə vakansiya elan edir. ...

Ritm Mebel

17.05.2024 - Bakı