Tələbələrlə iş üzrə Koordinator
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Code Academy Tələbələrlə iş üzrə Koordinator vəzifəsi üzrə vakansiya elan edir. Təqdimat bacarığı olmalıdır.

İşin təsviri:

  • Tədris qruplarının başlamasının/bitməsinin təşkili
  • Tələbə məmnunluğu sorğularının təşkili, analizi və problemlər üzərində iş
  • Tələbələrin dərsə davamiyyətinə nəzarət və davamiyyət problemləri olan tələbələrin valideynləri ilə danışıq
  • Müəllimlərin müraciətinə əsasən tələbələrlə görüş
  • Tələbələrin fərdi müraciətlərinə baxmaq və problemləri üzərində işləmək.
  • Qrup dəyişimlərinin təşkili
  • Tələbələrin xitam müraciətlərinə baxış
  • Tələbələr üçün əlavə məşğələ saatlarının təşkili
  • Rəy və arayış müraciətlərinin cavablandırılmasının təşkili
  • Tədrislərə Mentor (müəllim köməkçisi) seçimləri
  • Mentorların fəaliyyətinə nəzarət, aylıq hesabatların toplanması, mentor iclaslarının təşkili
  • Final layihə təqdimatlarının təşkili, nəticələrin müəllimlərdən toplanması
  •  Zəmanətli təhsilə yazılmaq istəyən tələbələrin qeydiyyatının aparılması

Görmək istədiyimiz bilik və bacarıqlar

  • Tələbələrlə iş üzrə minimum 1 il təcrübə
  • 25-35 yaş aralığında namizədlər
  • İnsanlarla ünsiyyətin psixologiyasını və prinsiplərini yaxşı bilmək, insanları analiz edib tanıma bacarığı
  • Görüşlərin təşkili, danışıqların aparılması üzrə bacarıqlar
  • Valideynlərlə işləməyi bacarmaq
  • Tələbələrə fərdi yanaşma bacarığı
  • Aktiv dinləmə bacarıqları
  • Komanda şəklində işləmək qabiliyyəti
  • Güclü analitik düşünmə qabiliyyəti
  • Konfliktləri, problemləri həlletmə və operativlik bacarığı
  • Dinamik, təşəbbüskar və nəticəyəyönümlü olmaq
  • Səbrli olmaq, nəzarətsiz və stres altında işləməyi bacarmaq
  • Motivasiya etmə bacarığı
  • Əlaqələr qurma bacarığı
  • Yeni proyektlər və ideyalar verə bilmək, mövcud layihələri inkişaf etdirmək
  • Müsahibələr keçirmə bacarığı
  • Təqdimat bacarığı
  • Azərbaycan dilini səlis, rus və ingilis dilini orta səviyyədə bilmək
  • Ofis proqramlarında yaxşı işləmə bacarığı

 

Vəd etdiklərimiz:

  • Peşəkar heyətiylə professional formada inkişaf etdirəcək iş mühiti
  • Tez böyüyən və bazarda müsbət nüfuza malik şirkətdə ekspertlərlə iş təcrübəsi
  • Code Academy daxilindəki bütün dərslərə giriş imkanı
  • Kompyuter, mobil telefon və korporativ nömrə şirkət tərəfindən verilir.
  • Tibbi sığorta təminatı

Özünü bu vakansiyaya uyğun hesab edən namizədlər hr@code.edu.az ünvanına başlıqda vəzifənin adı olmaqla öz rezümelərini, onlar haqqında rəy bildirəcək 2 nəfərin əlaqə vasitələrini (email və telefon nömrəsi) göndərsinlər. Uyğun namizədlər ilk öncə test ediləcək, testi uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...