Təkrarsığorta və anderraytinq şöbəsinə kiçik mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Xalq Həyat Sığorta Şirkəti ASC Təkrarsığorta və anderraytinq şöbəsinə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)

Ünvan:  Bakı şəhəri, İnşaatçılar pr.,22 L.

Öhdəliklər:

  • Cari risklərin qiymətləndirilməsində, sorğunun aparılmasında, sığorta şərtlərinin və tarifin müəyyən edilməsində və təkliflərin hazırlanmasında iştirak;
  • Sığorta hadisəsinin baş verməsi ehtimalına təsir göstərə biləcək faktorların aşkar edilməsi və bu iş üzrə müvafiq hesabatların və kommunikasiyanın aparılması;
  • Anderraytinq və təkrarsığorta proseslərinə aid sənədləşmə bazasının tərtib edilməsi və daimi əsaslarla onun təkmilləşdirilməsi və nəzərət edilməsi;
  • Təkrarsığortaya ehtiyac yarandıqda məlumatların və sənədlərin Təkrarsığorta və anderraytinq şöbəsinə təqdim edilməsi və nəticəyə əsasən birbaşa rəhbəri ilə razılaşdırılmış sığorta şərtlərinin və tariflərinin müəyyən edilməsi;
  • Tibbi sənədlərin, həkim rəyinin təhlil edilməsi və tərcümə olunması;
  • Şöbədə aparılan işlər üzrə hesabatların hazırlanması;
  • Birbaşa müdirin göstərişinə əsasən digər vəzifələrin həyata keçirilməsi.

Tələblər:

  • Anderraytinq və ya klinik təbabət sahəsində minimum 1 il iş təcrübəsi;
  • Tibbi və ya iqtisadiyyat üzrə bakalavr təhsili (magistr təhsili arzuolunandır);
  • Azərbaycan və rus dillərində sərbəst, ingilis dilində yaxşı səviyyədə danışıq qabiliyyəti;
  • Microsoft Office proqram təminatı üzrə yüksək səviyyədə işləmək bacarığı;
  • Həkim kimi təcrübəsi (minimal 1 il) olanlara üstünlük verilir;

Fərdi keyfiyyət tələbləri:

Yüksək analitik düşünmə qabiliyyəti, məsuliyyətlilik və icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönlülük, nəticəyə meyillilik bacarığı, məlumat toplamaq və təhlil etmək bacarığı, danışıqlar aparmaq, dinləmə, məlumatın düzgün ötürülmə bacarıqları, yazı qabiliyyəti, konfliktlərin və stressin idarə edilməsi, etibarlılıq və şirkətə sədaqətlilik, komanda ilə işləmək bacarığı, özünütəkmilləşdirmə bacarığı, təşəbbüskarlıq və yenilikçilik bacarığı.

Qeyd: CV-lər azərbaycan dilində, “Xalq Həyat” Sığorta Şirkətinin saytında yerləşdirilmiş CV formasını doldurmaqla göndərilməlidir. Əks halda tələblərə uyğun olmayan və mail-da mövzu qismində “Təkrarsığorta və anderraytinq şöbəsinə kiçik mütəxəssis” qeyd olunmayan “CV”-lərə baxılmayacaq.

Oxşar vakansiya siyahısı:

Təcrübəçi Mühasib

Regency Consulting and Tax Solutions MMC təcrübəçi mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

Regency Consulting and Tax Solutions MMC

16.04.2024 - Bakı

1200₼
Aparıcı mühasib

Regency Consulting and Tax Solutions MMC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

Regency Consulting and Tax Solutions MMC

16.04.2024 - Bakı

450₼
Mühasib – operator

Tələb olunan təhsil, iş təcrübəsi Tam ali təhsil (riyaziyyat ixtisası üzrə bakalavr təhsili olması üstünlükdür.) Ofis proqramlarında sərbəst işləmə ...

Tamashaee foods MMC

16.04.2024 - Bakı

Baş Mühasib

CMT Group MMC Baş Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

16.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə

Mühasib

TEZ Logistics MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

TEZ Logistics

27.03.2024 - Bakı

Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi

Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Expressbank ASC

19.03.2024 - Bakı