Təkrarsığorta şöbəsinin baş mütəxəssisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Qala Sigorta şirkəti Təkrarsığorta şöbəsinin baş mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Sığorta müqavilələri və müştərilərə təqdim edilən təkliflər üçün təkrarsığorta təminatının əldə edilməsində iştirak və tələb olunan şərtlərin müəyyənləşdirilməsi;
  • Fakultativ və obliqator təkrarsığorta müqavilələrinin hazırlanması;
  • Təkrarsığortaçının zərərdə iştirak payının alınması, müxtəlif təyinatlı təkrarsığorta borderolarının hazırlanması və təkrarsığorta əməliyyatları üzrə icra olunmalı digər işlərin aparılması;
  • Yerli və xarici sığortaçı, təkrarsığortaçı və brokerlərlə əməkdaşlıq münasibətlərinin qurulmasında iştirak;
  • Təkrarsığorta tərəfdaşlarının sorğularının cavablandırılmasını və qeydiyyatının aparılması;
  • Təkrarsığorta əməliyyatları ilə bağlı müxtəlif hesabatların hazırlanması;
  • Təkrarsığorta prosesinin Şirkətin siyasətinə və sığorta qanunvericiliyinin tələblərinə uyğun aparılması;
  • Yeni sığorta məhsullarının hazırlanmasında iştirak və sığorta şərtlərinin müəyyənləşdirilməsi;
  • Digər struktur vahidləri tərəfindən daxil olan sorğuların (tələb olunduqda) vaxtlı-vaxtında və düzgün cavablandırılması;
  • Vəzifə səlahiyyətləri çərçivəsində daxili prosedurlarla müəyyən edilmiş digər vəzifələrin, həmçinin İdarə Heyətini sədri, sahə rəhbəri, departament və şöbə müdiri tərəfindən ona həvalə edilmiş digər vəzifələrin həyata keçirilməsi.

Tələb edilən bilik, bacarıq və təcrübə:

  • İqtisadiyyat, texniki və hüquq sahələri üzrə ali təhsilin olması;
  • Anderraytinq və ya təkrarsığorta sahəsində 3 illik iş təcrübəsi;
  • Sığorta qanunvericiliyini bilməsi;
  • MS Word, MS Excel, MS Power Point, MS Outlook proqramlarını yaxşı səviyyədə bilmək;
  • Azərbaycan və İngilis dilini əla səviyyədə bilməsi, Rus dili biliyi arzuolunandır;

Fərdi keyfiyyətlər:

  • Dəqiqlik, fikirlərini aydın ifadə etmə bacarığı, ünsiyyət qurmaq bacarığı, inam yaratma, işgüzar məktubları yüksək səviyyədə tərtib etmə bacarığı, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, məntiqi düşüncə, operativlik, çalışqanlıq, təşəbbüskarlıq, problemli vəziyyyətləri həll etmə bacarığı.

Əmək haqqı müsahibə zamanı müəyyən ediləcək.

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini 31 may 2022-ci il tarixinədək elektron ünvanına email-in mövzu hissəsində Təkrarsığorta şöbəsinin baş mütəxəssisi yazaraq göndərmələri xahiş olunur.

Yalnız vəzifənin tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

Borcların təhlili üzrə kiçik mütəxəssis

Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

30.04.2024 - Gəncə

Mühasib

CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə