Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Code Academy Təhsil Koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. Təhsil sahəsində iş təcrübəsi üstünlükdür.
İşin təsviri:
- Yeni tədris proqramlarının yaradılması və inkişafında iştirak
- Tədris keyfiyyətinə nəzarət
- Müəllimlərlə tədris prosesi ilə bağlı görüşlərin təşkili
- Dərs təqviminin ümumi planlanması
- Tədris materiallarının yaradılması
- İT sektorunda baş verən dəyişiklikləri izləmək və yeniliklərin mövcud tədris proqramlarına uyğunluğunu analiz etmək
Görmək istədiyimiz bilik və bacarıqlar
- Minimum 2 il iş təcrübəsi
- Təhsil sahəsində iş təcrübəsi üstünlükdür
- MS Office proqramlarında işləmə bacarığı, xüsusən də yaxşı Excel bilikləri
- Əla ünsiyyət qabiliyyəti
- Email etiketi
- Yüksək keyfiyyətdə sənədləşmə bacarığı
- Azərbaycan dilində əla, ingilis dilində yaxşı yazı və danışıq qabiliyyətinin olması, orta səviyyədə rus dili bilməsi
- Təqdimat bacarığı
- Güclü araşdırma və analiz qabiliyyətli
- IT sektorunda işləməyə maraqlı və həvəsli olmaq
Vəd etdiklərimiz
- Peşəkar heyətiylə professional formada inkişaf etdirəcək iş mühiti
- Tez böyüyən və bazarda müsbət nüfuza malik şirkətdə ekspertlərlə iş təcrübəsi
- Kompyuter, mobil telefon və korporativ nömrə şirkət tərəfindən verilir.
- Tibbi sığorta təminatı
Özünü bu vakansiyaya uyğun hesab edən namizədlər hr@code.edu.az ünvanına başlıqda vəzifənin adı olmaqla öz rezümelərini, onlar haqqında rəy bildirəcək 2 nəfərin əlaqə vasitələrini (email və telefon nömrəsi) göndərsinlər. Başlıq və işə nə üçün maraqlı olduğunuzu ifadə edən bir paraqraf yazılmayan rezümelərə baxılmayacaq. Yalnız müsahibə mərhələsinə keçən namizədlərlə əlaqə saxlanılacaq.