Qısa məzmun
Ə/h razılaşma yolu ilə. YapiKredi Bank Təhlükəsizlik və Texniki işlər üzrə köməkçi vəzifəsi üzrə vakansiya elan edir.
Logistika və Ümumi Xidmətlər departamenti/Təhlükəsizlik və Texniki işlər üzrə köməkçi / mütəxəssis / aparıcı mütəxəssis
Vəzifəyə olan tələblər :
- Ali təhsil;
- 2 il iş stajı;
- Ünsiyyətqurma bacarığı;
- Problemləri həll etmə bacarığı;
- MS Office proqramında işləyə bilmək bacarığı;
Əsas iş funksiyaları:
- Bank binalarının fiziki təhlükəsizlik xidmətlərini idarə etmək, Bankla təhlükəsizlik şirkəti arasında əlaqəni təmin etmək;
- Yeni filial açılışlarında və köçürülmələrində lazımi təhlükəsizlik işçisinin ehtiyacını qarşılamaq üçün müdirin razılığını almaq;
- Filialların təhlükəsizlik baxımından risk dəyərləndirməsini təhlil etmək;
- Binalarda meydana gələn asayiş, yanğın, sel və s. hadisələrə müdaxilə edərək lazımi prosesləri idarə etmək, bu haqda əlaqədar lmələrə xəbər vermək;
- Siqnalizasiya Nəzarət Mərkəzinə bağlı bütün yerlərin açılma / bağlanma saatlarını yoxlayaraq gec açılan və ya gec bağlanan yerləri əlaqədar bölmələrə bildirmək;
- Siqnalizasiya Nəzarəti Mərkəzinə düşən bütün siqnalizasiya xəbərdarlıqlarını dəyərləndirərək əlaqədar bölmələrə bu haqda hesabat vermək;
- Tələb edildiyi halda açılma və bağlanma haqqında hesabatları hazırlayaraq əlaqədar bölmələrə çatdırmaq;
- Yeni filial açılışı və köçürülməsi zamanı Təhlükəsizlik Sistemi (Siqnalizasiya, Yanğınsöndürən) layihəsini hazırlayaraq sistemlərin vaxtında quraşdırılmasını təmin etmək;
- Bankın kartlı giriş sistemini işlətmək, təmir və təchizat işlərini aparmaq, lazımi hesabatlar hazırlamaq;
- Bütün Bank işçiləri üçün şəkilli təhlükəsizlik kartı hazırlamaq;
- Bankın bütün ofislərindəki təhlükəsizlik sistemlərinin işlərini, təmir və təchizat işlərini vaxtında aparılmasını təmin etmək
- Bir başa müdirin verdiyi digər tapşırıqları yerinə yetirmək.
CV-lərinizi hr@yapikredi.com.az ünvanına göndərmənizi xahiş edirik.
Oxşar vakansiya siyahısı:
Honey Bee Development Capital (HBDC) Texnologiya və İnnovasiya şöbəsinə “İT Biznes Analitik – Responsible Finance Platforması” vəzifəsi üzrə vakansiya e ...
AS Group Data Analitik vəzifəsi üzrə vakansiya elan edir. ...
PROSYS LLC İT üzrə Biznes Analitik vəzifəsi üzrə vakansiya elan edir. ...
Apar şirkəti Mobil Tətbiq üzrə Məhsul Təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir. ...
Aznet Technologies QSC Telekommunikasiya şirkətinə Biznes analitik tələb olunur. ...
Aznet Technologies QSC Şəbəkə inzibatçısı vəzifəsi üzrə vakansiya elan edir. ...