Təhlükəsizlik əməkdaşı
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Veysəloğlu Şirkətlər Qrupu Təhlükəsizlik əməkdaşı vəzifəsi üzrə vakansiya elan edir. Hərbi xidməti başa vurmuş olmalıdır.

Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 14.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

  • Vəzifə: Təhlükəsizlik əməkdaşı
  • İş yeri: Bakı şəhəri, Keşlə və Məhəmmədi qəs.
  • İş təcrübəsi: Müvafiq sahə üzrə min.1 il
  • Yaş həddi: 20-35 yaş

İşin Təsviri: Təyin olunduğu ərazinin təhlükəsizliyinin təmin edilməsi.

Vəzifə öhdəlikləri:

  • Təyin olunduğu ərazinin, məntəqənin personalının və mühitinin təhlükəsizliyinin təmin edilməsi;
  • Maddi dəyərlərin oğurluğu və obyektin zərər çəkməsinə yol verməmək;
  • Kamera vasitəsilə nəzarəti təmin etmək;
  • Daxili təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət etmək;
    Baş verən hadisələrlə bağlı növbə rəisinə mütəmadi olaraq məlumat vermək;
  • Etika və mədəniyyət prinsiplərinə uyğun müştərilərə mükəmməl xidmət göstərmək;
  • Təyin olunduğu ərazinin və ya məntəqənin bütün təhlükəsizilik qaydalarını dəqiq öyrənməli;
  • Fövqəladə hal zamanı anında lazımi tədbirlərin görülməsi;
  • Şirkətinin əmlakının yanğın, oğurluq, basqın zamanı qorunması.

Tələblər:

  • Hərbi xidməti başa vurmuş olmalı;
  • Boyu 178 sm-dən yuxarı olmalı;
  • Fiziki sağlam olmalı (aktiv şəkildə idmanla məşğul olan şəxslərə üstünlük veriləcəkdir);
  • Yazılı və şifahi ünsiyyət bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Mühafizə və idman sahəsində sertifikatın olması arzuolunandır.
  • Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
  • Nahar ilə təmin edilmə;
  • Endirimli tibb xidməti;
  • Əmək müqaviləsi.

İş qrafiki: 6 günlük

Müraciət qaydaları: cv@avtlogistics.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Təhlükəsizlik əməkdaşı” yazıb CV göndərməklə müraciət edilir.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...