Təhlükəsizlik sistemləri üzrə mühəndis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. BETTA MMC Təhlükəsizlik sistemləri üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir.Rus və İngilis dilləri – yüksək səviyyədə

Vəzifə borcları:

  • Obyektlərdə bütün kamera, oğurluğa qarşı sistemlər, giriş-çıxış və video sistem avadanlıqlarını və proqram təminatını quraşdırmalı
  • Təhlükəsizlik sistemlərinin işinin fasiləsiz fəaliyyətinin təminatı və vaxtaşırı yoxlanılması
  • Kameraların işlək vəziyyətdə olmasını təmin etməli və periodik monitorinqini aparmalı
  • Quraşdırılmış video monitorların işlək vəziyyətdə olmasını təmin etməli
  • Tələb olunduqda yoxlama və daxili araşdırma zamanı rəhbərliyi video yazılışla təmin etməli
  • Yeni obyektlərdə kompleks baxışların və Təhlükəsizlik sistemlərinin auditlərinin keçirilməsi, təkliflərin hazırlanması. İri layihələr üçün təhlükəsizlik sistemlərinin dizayn və konfiqurasiyasını və qrup şirkətlər üçün müvafiq tenderlər üçün spesifikasiyaların hazırlanması
  • İstifadəsində olan proqram təminatlarının normal fəaliyyətini, lisenziya tələb edən proqram təminatlarının müddətinin vaxtı-vaxtında uzadılmasını təmin etməli
  • Avadanlıqlarda hər hansı nasazlıq baş verdikdə, problemi həll etməli, həlli mümkün olmadıqda servis mərkəzinə çatdırılmasını təmin etməli və y servis xidmətinin nümayəndəsinin gəlməsini təmin etməli
    Sərt Disklər Arxivinin təşkili
  • Şəbəkə tipli Server və Paylayıcılara nəzarət
  • Təhlükəsizlik sistemləri və avadanlıqlar haqqında məlumat toplamaq və təkliflər vermək
  • Təhlükəsizlik avadanlıqlarının distribyutorluğunun Azərbaycanda təmin edilməsi, onların servis xidmətlərinin yaradılması.

Namizədə tələblər:

  • Texniki ali təhsil
  • Azərbaycan, Rus və İngilis dilləri – yüksək səviyyədə
  • Təhlükəsizlik sistemləri üzrə sxemləri oxumaq və çəkmək bacarığı
  • İT CCTV, Girişə və perimetr üzrə nəzarət, yanğına qarşı sistemlər üzrə inteqrator təcrübə
  • İri sənaye və qeyri-sənaye obyektlərində iş təcrübəsi
  • Müvafiq sahədə ümumi iş təcrübəsi – minimum 5 il
  • Diqqətli və dəqiq olmalı
  • İşgüzar və məsuliyyətli olmalı

Yuxarıdakı tələblərə cavab verən və müvafiq sahədə tövsiyyə məktubları olan namizədlər CV-lərini və tövsiyyə məktublarını office@betta.az elektron ünvanına və ya baş ofisə (Bakı, Bəşir Səfəroğlu küç., 133) təqdim edə bilərlər.

Əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsi əsasında tənzimlənir.

Qeyd: Yalnız yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərin müraciət etmələrini xahiş edirik.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...