Təhlükəsizlik Rəisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. CinemaPlus Təhlükəsizlik Rəisi vəzifəsi üzrə vakansiya elan edir. İngilis dilindən anlayışı olmalıdır.

Vəzifə öhdəlikləri:

  • Cəmiyyətin əmlakının, əməkdaşlarının və kinoteatrların ziyarətçilərinin təhlükəsizliyini təmin etmək.
  • Departamentin idarə olunması və tabeliyində olan əməkdaşlar arasında müvafiq vəzifə təlimatlarına uyğun olaraq iş bölgüsünün aparılması.
  • Cəmiyyətin işçiləri tərəfindən iş yerində mümkün ziyan vura biləcək əməllərin qarşısının alınması üzrə müvafiq tədbirlərin təşkili və keçirilməsi.
  • Cəmiyyəti maraqlandıran məlumatların qanuni yollarla müxtəlif mənbələrdən əldə edilməsi.
  • Cəmiyyətin quruluş bölmələrində baş verə biləcək xoşagəlməz hadisələr, faktlar və münaqişələr barədə qabaqlayıcı məlumatların əldə edilməsi.
  • Öz səlahiyyətləri daxilində rəhbərlik tərəfindən verilən digər göstərişlərin icra olunmasının təmin edilməsi.
  • Təhlükəsizlik əməkdaşlarının peşəkar bilik və bacarıqlarının artırılması üçün mütəmadi təlimatlandırma məşğələləri keçirir.
  • Təhlükəsizliyin təmin olunması məqsədi ilə mühafizə olunan obyektlərdə təhlükəsizlik siqnalizasiyası avadanlıqlarının, texniki vasitələrin quraşdırılmasına və istismarı ilə əlaqədar texniki xidmətlərin göstərilməsinə eləcədə kamera görüntülərinin müəssənin direktoru istisna olmaqla heç kimə verilməməsinə nəzarət edir.
  • Obyektlərdə hər hansı itki, qeyri-qanuni yolla malların mənimsəmə, sıradan çıxma və digər qayda pozuntuları baş verdikdə, araşdırma aparır, rəhbərliyə məruzə edir və aradan qaldırmaq üçün tədbirlər görür.
    Təhlükəsizlik əməkdaşlarının vəzifə təlimatlarına əməl etmələrinə nəzarət edir və işində nöqsanı olan haqqında daxili nizam-intizam qaydalarına uyğun tədbir görür.
  • Müəssisədə əməyin mühafizəsi və texniki təhlükəsizlik işinin təşkili, əlaqələndirilməsi və planlaşdırılması, əməyin mühafizəsinin vəziyyətinə, uçotuna, təhlilinə nəzarətin təşkili üzrə tədbirlər planı hazırlayır;
  • Müəssisənin bölmə rəhbərləri və mütəxəssisləri ilə birlikdə yuxarı təşkilatların və nəzarət orqanlarının əməyin mühafizəsi üzrə göstərişlərinin yerinə yetirilməsi, yoxlamalar nəticəsində aşkar edilmiş nöqsanların aradan qaldırılması üzrə tədbirlər planı hazırlayır və baxılması üçün rəhbərliyə təqdim edir;
  • Müəssisənin bölmə rəhbərləri ilə birlikdə istehsalat xəsarətlərini təhlil edir və istehsalat xəsarətlərinin qarşısının alınması üçün tədbirlər görür;
  • Müəssisənin bölmə rəhbərləri və mütəxəssisləri ilə birlikdə köhnəlmiş mühafizə vasitələrinin təkmilləşdirilməsi, yeni vasitələrin tətbiqi haqqında təkliflər hazırlayır (çəpərləmə, müdafiə qurğuları, ventilyasiya sistemləri, işıqlandırma, işarəvermə və s.);
  • İşçilərin təhlükəsizliyinin təmin edilməsi üzrə qabaqcıl təcrübəni öyrənir və bu təcrübənin müəssisədə tətbiq olunmasını təşkil edir;
  • Əməyin mühafizəsinin öyrədilməsini və təbliğini təşkil edir, əməyin mühafizəsi üzrə məşğələlərin keçirilməsi, işçilərin ƏM üzrə biliklərinin yoxlanmasını təşkil edir və bu işin cədvəlini hazırlayır;

Vəzifəyə olan tələblər:

  • Ali texniki təhsilinin olması;
  • Təhlükəsizlik xidmətinə rəhbərlik sahəsində ən azə 3 il iş təcrübəsi;
  • SƏTƏM və ya əməyin təhlükəsizliyi üzrə iş təcrübəsinin olması;
  • SƏTƏM üzrə tələb olunan uyğun sertifikatların olması;
  • Azərbaycan və rus dillərini sərbəst bilməli, İngilis dilindən anlayışı olmalı
  • Cins : Kişi/ MaleMaaş(Net) : Razılaşma ilə

Digər şərtlər:

Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun sənədləşmə və tələb olunan şərtlər.
Nahar şirkət hesabına

 

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...