Təhlükəsizlik rəisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Araz Supermarket Təhlükəsizlik rəisi vəzifəsi üzrə vakansiya elan edir. Nahar ilə təmin ediləcəkdir.

Vəzifə öhdəlikləri:

  • Obyektin əməkdaşlarının güc və texniki vasitələrinin köməyi ilə qorunan obyektlərin mühafizəsini təşkil etmək;
  • Şirkətin obyekt və postlarında mühafizənin səmərəli və dayanıqlı təşkilinə, həmçinin idarəolunmasına birbaşa rəhbərlik etmək;
  • Kurasiyasında olan mağaza filiallarında təsdiq edilmiş fəaliyyət planı və iş qrafikinin icra olunmasına nəzarət etmək;
  • Təhlükəsizlik qaydaları haqqında mütəmadi olaraq təlim planının hazırlanması, bütün təhlükəsizlik əməkdaşlarına təlimin kçirilməsi;
  • Şirkətin idarəetmə orqanları tərəfindən qarşıya qoyulmuş digər vəzifələrin yerinə yetirilməsi;
  • Videomüşahidə, siqnalizasiya və yanğın əleyhinə tədbirlər planının işlənib hazırlanması və təliminin keçirilməsi.

Tələblər:

  • Ali təhsil;
  • Yaş həddi:25-40;
  • Təhülkəsizlik sahəsində minimum 3 il rəhbər vəzifəsində iş təcrübəsinin olması;
  • Stres altında işləməyi və stres vəziyyətlərdə qərar qəbul etməyi bacarmalı, baş verən hadisələrdə zamanında çevik və doğru qərar vermək bacarıqlarının olması;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
  • İdarəetmə qabiliyyəti yüksək səviyyədə olmalı;
  • Diqqət, analiz etmək, ünsiyyət bacarıqlarının olması;
  • MS Office proqramları biliyi;
  • Şəxsi avtomobil və sürücülük vəsiqəsinin olması.
  • Əlavə dil biliyi olanlara üstünlük verilir.

Təminatlar:

  • Avtonəqliyyat vasitəsinin amortizasiya və yanacaq xərcləri qarşılanır;
  • Nahar ilə təmin edilmə;
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
  • 6 günlük iş qrafiki;
  • Korporativ mobil nömrə.

Vakansiya ilə bağlı müraciət etmək istəyən namizədlər “Təhlükəsizlik rəisi” adını mövzu hissədə qeyd etməklə CV formalarını cv@retail.az elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...