Təhlükəsizlik üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

ATEF Şirkətlər Qrupu Təhlükəsizlik üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri, Suraxanı rayonu
  • 6 günlük iş həftəsi
  • Nahar fasiləsi: 12:00-13:00
  • Nahar müəssisə tərəfindən təmin edilir.

İş barədə məlumat:

  • Təlimata əsasən tapşırılan obyektin müəyyən olunmuş vaxt çərçivəsində mühafizəsini təşkil etmək;
  • Vəzifə yerini istisna hallar xaric tərk etməmək;
  •  Hadisələrə qarşı diqqətli davranmaq;
  • Baş verən hadisə barədə birbaşa rəhbəri mütəmadi olaraq məlumatlandırmaq;-
  • Obyekti periodik olaraq olaraq gəzərək, göstərilən təlimatların təşkilini aparmaq;
  • Hadisə zamanı hər bir detalı öyrənmək və məruzə etmək;
  • Nəzarət Buraxılış Məntəqəsində giriş-çıxışa nəzarət etmək;
  • Təhlükəsizlik kameralarına nəzarət etmək;-
  • Giriş-çıxış zamanı müvafiq qeydiyyatlar aparmaq, gətirilən və müəssisədən aparılan mal və avadanlıqların sənədlərini yoxlamaq;

Tələblər:

  • Həqiqi hərbi xidmət keçmiş;
  • İdmançı cüssəli, boyu 167 sm-dən yuxarı;
  • Müşahidəçilik qabiliyyəti;
  • Çətinliklərə dözməli, şəraitə uyğun düzgün qərar verməyi bacaran;
  • Yaddaşının yaxşı olması;
  • Qeydiyyat (sənədləşmə) işini bacarmalı;-
  • Mühafizə (növbə) işinin təşkili;
  • Yaş həddi: 20-40;
  • Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmaq;
  • Orta təhsilli, ali təhsilli arzu olunandır;
  • Məhkumluğu olmamalı;
  • Fiziki cəhətdən sağlam olmalı.

Bu vəzifəyə müraciət etmək üçün CV-ni hr@atef.az ünvanına göndərə bilərsiniz. CV göndərən mövzu yerinə vəzifənin adını “Təhlükəsizlik üzrə mütəxəssis” göstərin.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...