Qısa məzmun
“AGRO-VEST RETAIL” MMC “Təftiş və Nəzarət üzrə Mütəxəssis” vakansiyası elan edir.
İşçiyə qoyulan tələblər:
- Komanda ilə işləmə bacarığı olmalı;
- Təhsil: Ali (İqtisadi sahələrdə təhsil arzuolunandır);
- İş təcrübəsi: 3 ildən çox (qeyd edilən sahə üzrə);
- Yaş: 28-38.
Vəzifə öhdəlikləri:
- Retail sektorunda Təftiş planının hazırlanması (aylıq, rüblük, yarımillik, illik);
- Təftiş fəaliyyəti ilə bağlı məsələlərdə şirkətin struktur bölmələri və vəzifəli şəxsləri ilə qarşılıqlı əlaqə qurmaq;
- Risklərin müəyyən edilməsi və idarəedilməsi məqsədilə xidməti təminat apardığı struktur bölmələrdə neqativ halları müəyyən etmək, onların yaranmasına səbəb olan amillərin aradan qaldırılması, habelə qabaqlanması məqsədilə zəruri tədbirlər həyata keçirmək. Qrafik üzrə marketlərin sayımının təşkili və həyata keçirilməsi, o cümlədən sayım nəticələrinin yekun aktının tərtibi;
- Сəmiyyətin filial və baş ofis struktur bölmələrində aparılan biznes proseslərin qiymətləndirilməsi, risklərin optimallaşdırılması məqsədilə təkliflərin verilməsi;
- Yoxlamaların nəticələri haqqında rəhbərliyə hebatların təqdim edilməsi;
- İş bölgüsü əsasında rəhbərlik tərəfindən verilmiş digər tapşırıqların icra edilməsi.
İş şərtləri:
- Stabil iş;
- Icbari sığorta;
- Əmək haqqı: Razılaşma əsasında;
- Nahar şirkət tərəfindən təmin edilir;
- İş vaxtı: 9.00 – 18.00;
- İstirahət günləri: Şənbə və Bazar günü.
Maraqlananlar öz CV formalarını eyvaz.eyvazov@aplus.az ünvanına göndərə bilər (məktubun mövzu bölməsində “Təftiş və Nəzarət üzrə Mütəxəssis” qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).
Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
Bokt “Falcon Finance” MMC Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır. ...
Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...
“Az Protein Foods Group” MMC Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...