Təftiş üzrə menecer
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. HR Option Təftiş üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir. Dürüstlük, məsuliyyətlilik, çeviklik bacarıqları olmalıdır.

Şirkət haqqında:

HR Option platforması – ölkədə Biznes və İnsan Resursları fəaliyyətlərinin effektivləşdirilməsi, sistemləşdirilməsi və avtomatlaşdırılması istiqamətləri üzrə xidmətlər göstərməkdədir.

Vəzifə öhdəlikləri:

  • Şirkətin satış əməkdaşlarının iş fəaliyyətinə nəzarət və yoxlanılması
  • Təftiş üzrə menecer öhdəliklərini icra etmək və keyfiyyətli xidmətlər göstərilməsinə təminat vermək üçün uyğun qayda və prosedurların hazırlanması;
  • Risklərin qiymətləndirilməsi əsasında planının hazırlanması;
  • Risk qiymətləndirməsinin əsasında yoxlamaların icrası;
  • Təftiş yoxlamaları zamanı əldə edilmiş faktların rəsmiləşdirilməsi və vaxtlı-vaxtında rəhbərliyin diqqətinə çatdırılması;
  • Tövsiyələrin işlənib hazırlanması və əldə edilmiş faktların rəhbərlik ilə razılaşdırılması;
  • Bütün yoxlama hesabatlarının düzgün və effektiv şəkildə hazırlanması;
  • Rəhbərliyin tövsiyələrinə uyğun olaraq tədbirlər planının statusunun monitorinqi, təsdiqi və hesabatı;
  • Təsdiqlənmiş təftişlə bağlı prosedur qaydalara riayət edilməsinə nəzarət və tələb etmək
  • Debitor borc qalıqlarının üzləşdirilməsi və hesabatların hazırlanıb rəhbərliyə təqdim edilməsi
  • Prosedur pozuntuları zamanı əməkdaşlardan izahatlardan alınması və pozuntuların araşdırılması
  • Əməkdaşlıq edilən şirkətlərə ödənişlərin borclara və satış şərtlərinə uyğun aparılmasının yoxlanılması
  • Mütəmadi olaraq əməkdaşlıq edilən şirkətlərlə qarşılıqlı hesablaşmaların yoxlanması və aktlaşdırılması
  • Şirkət tərəfindən işçilərə ayrılmış depozit və aylıq limitlərə nəzarət edilməsi

Kvalifikasiyalar:

  • Ali təhsil (Hüquq və ya İqtisadi sahədə üstünlükdür)
  • Təftiş, audit sahəsində ən azı 2 il iş təcrübəsi

Biliklər və bacarıqlar:

  • Microsoft Office proqramları (xüsusilə Excel);
  • AR qanunvericiliyi;
  • Azərbaycan dili;
  • Daxili audit prosesi üzrə bacarıqlar;
  • Müşahidə aparmaq və faktları müəyyən etmək bacarığı;
  • Problemlərin həlli və audit nəticələri üzrə razılığın əldə olunması bacarığı;
  • Audit rəyləri hazırlama və yazma bacarığı;
  • Dürüstlük, məsuliyyətlilik, çeviklik

Maraqlananlardan öz CV lərinizi cv@hroption.az email ünvanına göndərmələri xahiş olunur.
Göndərilən CV-lərdə mövzu adı yerində “ Təftiş üzrə menecer ” yazılmalıdır.

Oxşar vakansiya siyahısı:

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı