Tədris şöbəsinə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. StudyLab Tədris şöbəsinə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Namizəddən mütləq tələblər:

  • Ali təhsil (İqtisadiyyat, İdarəetmə, Pedaqoji ixtisaslardan məzun olanlara üstünlük veriləcək).
  • Təhsil idarəetməsi (Özəl kurs) sahəsində 1-3 il iş təcrübəli olmalı.
  • İngilis dili biliyi (Intermediate) zəruridir.
  • Excel proqramında sərbəst işləyə bilmək.

Qeyd olunan tələblərə uyğun olmayan namizədlərin müraciət etməməsi xahiş olunur.

Vəzifə öhdəlikləri:

  • Mərkəzə daxil olan müraciətlərin cavanlandırılması.
  • Yeni müraciətlərin qeydiyyata alınması və müvafiq sistemə daxil edilməsi.
  • Tələbələrin dərs cədvəllərinin tərtib olunması və müəllimlərlə koordinasiyası.
  • Tələbə ödənişlərin vaxtında yığımını təmin etmək.
  • Tələbələrin beynəlxalq imtahanlara (SAT, IELTS və s) qeydiyyatının aparılmasını həyata keçirmək.
  • Fənn jurnallarında tələbə davamiyyətlərinin düzgün qeyd olunmasına nəzarət etmək.
  • Tələbələrin təhsil məlumatlarının mütəmadi valideynlərə təqdim etmək.
  • Mərkəzin məlumat sistemlərini gündəlik yeniləmək.
  • Şöbə rəhbəri tərəfindən verilən inzibati tapşırıqları yüksək səviyyədə icra etmək.

İş haqda məlumat:

  • Tam günü əhatə edən iş saatı (10:00-19:00), Şənbə günü (10:00-16:00)
  • İş günü – 6 gün .
  • Stabil əmək haqqı 500 azn.
  • Rəsmi əmək müqaviləsi ilə işləmək imkanı.

Qeyd: Uyğun namizədlər CV-lərini (PDF formada) elektron ünvanına “Tədris şöbəsinə mütəxəssis” başlığı ilə göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...