Tədris prosesinin təşkili üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Müasir tipli Peşə Təhsili Mərkəzi Tədris prosesinin təşkili üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Təlim – tədris cədvəllərinin, auditor və laborator təlimlərin (nəzəri və praktiki) təşkili cədvəllərinin hazırlanması;
  • Həftəlik, aylıq və illik tədris proqramlarının hazırlanması;
  • Tədrisin icrasına nəzarət işinin təşkil olunması;
  • Tədris prosesinin təşkili ilə bağlı öhdəliklərin, təhsil alan və təhsil verənlər ilə tədris cədvəllərinin hazırlanması, müvafiq zamanların uyğunlaşdırılması prosesinin təşkil olunmas;
  • Tədrisə zəruri olan avadanlıqların, vəsaitlərin, pre-rekvizitlərin hazırlanması prosesinin təmin edilməsi;
  • Mərkəzdə tədris prosesinin təşkil olunması;
  • Dərslərdə davamiyyət məsələlərinin qeydiyyatını aparır;
  • Mərkəzdə fəaliyyət göstərən kənar təlimçilərin fəaliyyətini kordinasiya edir;
  • Mərkəzdə tədris olunan fəaliyyət sahələri üzrə müvafiq təlimçilərdən ibarət baza formalaşdırır;
  • Təlimçilərin Mərkəzdə dərs qrafikləri üzrə təlim prosedurlarında iştiraklarını təmin edir;
  • Tədris prosesinda tələbələrin qiymətləndirmələrini həyata keçirir;

Bilməlidir:

  • Azərbaycan Respublikasının qanunlarını;
  • Müvafiq sahə üzrə beynəlxalq standartları;
  • Tədrisin təşkili ilə bağlı Nazirlər Kabineti və Mərkəzi icra hakimiyyəti orqanlarının müvafiq qərarları və qaydalarını;
  • Əməyin təşkilinin əsaslarını;
  • Daxili əmək intizamı qaydalarını;
  • Əmək qanunvericiliyinin əsaslarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını

Tələblər:

  • Ali təhsil, müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi
  • Ms Office proqramında yüksək səviyyədə işləmək bacarığının olması;
  • Azərbaycan dili mükəmməl, İngilis dili və rus dilini orta üst səviyyədə bilməlidir.

Əmək şəraiti:

  • İş saatları: 1-5 günlər saat 09:00-18:00
  • Əmək qanunvericiliyinin bütün tələblərinin icrası
  • Əmək haqqı 1 300 (Bir min üç yüz) manat

Maraqlı olanlar CV-ni “Tədris prosesinin təşkili üzrə mütəxəssis” başlığı ilə office@universitasinternational.com ünvanına göndərə bilər.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...