Qısa məzmun
Missiya Təhsil Şirkətinin Tədris meneceri üzrə vakansiya elan edir.
Biz nə təklif edirik:
- İş yeri: Yeni Yasamal, Dadaş Bünyadzadə 9
- Əmək haqqı razılaşma yolu ilə
- Nahar şirkət tərəfindən təmin edilir
- Karyera yüksəlişi imkanları
- İnkişafa meyilli komanda, pozitiv və yeniliklərə açıq iş mühiti
- Əmək haqqı namizədin təcrübə, bacarıq və biliklərinə görə razılaşma əsasında təyin ediləcək
Əsas tələblər:
- Ali təhsil
- Təhsil sahəsində 2-3 il iş təcrübəsi
- MS Ofis proqramları üzrə yüksək praktiki biliklər (MS Word, MS Excel, MS PowerPoint)
- Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqları
- Səbrli, çevik, pozitiv, inkişafa meyilli, təşəbbüskar, məsuliyyətli
- Komanda ilə işləmək və idarəçilik bacarığı
- Proseslərin araşdırılması və təkmilləşdirilməsi bacarıqları
- Tədris prosesi, dərslərin düzgün idarə edilməsi ilə bağlı (xüsusilə orta məktəb şagirdləri) biliklər
- Xarici dil bilikləri üstünlükdür (xüsusilə də, rus dili)
İş funksiyaları:
- Şirkətin müəllim bazasına nəzarət, onların koordinasiya edilməsi, fəaliyyət və göstəricilərinə nəzarət
- Yeni müəllimlərin işə qəbulu prosedurunun, o cümlədən açıq dərslərin təşkili
- Tədris keyfiyyətinə nəzarət, təkmilləşdirilməsi üçün tədbirlər görmək
- İllik fəaliyyət planı və tədris planının hazırlanması
- Tədris proqramının cari tələbata uyğun olaraq müəllimlərlə birlikdə hazırlanması və nəzarəti
- Filiallar üzrə müəllimlərin və şagirdlərin inkişaf dinamikasının hazırlanması
- Müəllimlərin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə təlimlərin təşkili
- Filiallarda dərs cədvəlinin illik planına nəzarət, sabitliyin təmin edilməsi
- Tədris keyfiyyətinin artırılması məqsədilə davamlı araşdırmalar etmək, təklif vermək, təkliflərin icrası və nəzarətin təmin edilməsi
- Filiallar, digər şöbələr, koordinatorlarla davamlı əlaqədə olmaq, məlumat mübadiləsi aparmaq
Müraciət üçün:
https://missiya.edu.az/karyera/
missiya.vakansiya@gmail.com ünvanına CV göndərə bilərsiniz.
Oxşar vakansiya siyahısı:
Müştərilərə xidmət üzrə əməliyyatçı
Invest AZ QSC Müştərilərə xidmət üzrə əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir.. ...
Çağrı mərkəzi üzrə operator
İnci Group of Companies Çağrı mərkəzi üzrə operator vəzifəsi üzrə vakansiya elan edir. ...
600₼
Animator-KuryerƏmək haqqı: 600Azn+bonus. Supertoys Animator-Kuryer vəzifəsi üzrə vakansiya elan edir. ...
