Tədqiqat və inkişaf bölmə rəisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

VELİEV şirkəti Tədqiqat və inkişaf bölmə rəisi vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə və Öhdəlikləri:

  • Plastik qapı-pəncərə və aksesuar istehsalı zavoduna bazara uyğun yeni məhsulları üçün sxemlər və dizayn planları tərtib etmək;
  • İstehsal olunan məhsulun xərclərinin yaxşılaşdırılması və həyat dövrünün uzadılması üçün tədbirlər görmək;
  • Müştərilərin şikayət və təklifləri əsasında istehsal olunan məhsulların tədqiqatı və təkmilləşdirilməsi prosesini həyata keçirmək;
  • Bazar araşdırması və trend analizinin aparılması;
  • Yeni dizayn və məhsul proseslərinin bütün mərhələlərinin idarə edilməsi,

Tələblər:

  • Mühəndis ixtisası üzrə ali təhsil
  • Müvafiq sahədə 3 il iş təcrübəsi
  • MS Office
  • Cad proqramları
  • Azərbaycan dilini səlis bilməsi mütləqdir. İngilis və rus dili üstünlükdür
  • Araşdırma bacarığı
  • Təqdimat bacarığı
  • Komanda ilə işləmə bacarığı

Əmək şəraiti:

  • İş yeri: Sumqayıt şəhəri
  • İş rejimi: 6 günlük
  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 31 Avqust tarixinədək emailin mövzu hissəsində ” Tədqiqat və inkişaf bölmə rəisi” qeyd edərək hr@veliev.az  elektron ünvanına göndərə bilərlər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan