Tədqi̇qatçi Aqronom
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Buta Agro şirkəti Tədqi̇qatçi Aqronom vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə haqqında məlumat:

Tarla, bağçılıq, bağçılıq bitkilərinin becərilməsinin mütərəqqi üsullarını öyrənir, tətbiq üsullarını yoxlayır,nəticələrin qeydlərini aparır. Zərərvericilər, bitki xəstəlikləri və alaq otları ilə mübarizə texnologiyalarını araşdırır, yeni yöntəmləri hazırlayır. Məhsullara qulluq reseptlərini hazırlayır. Zərərvericilər ilə mübarizə üsullarını araşdırır və bu üsulların tətbiq təlimatlarını tərtib edir.  Yeniliklər haqqında komanda və müştərilərə təlimlər keçir.

Vəzifə öhdəliyi:

  • Kənd təsərrüfatı məhsullarında baş verə biləcək xəstəliklərlə bağlı məsləhət vermək;
  • Bitki zərərvericilərinə qarşı mübarizə planının yaradılması və həyata keçirilməsi;
  • Fermerlərə və ya təsərrüfat kooperativ üzvlərinə kənd təsərrüfatı məhsuldarlığını artırmaqda kömək edə biləcək məlumatlarla təmin edən təlim proqramlarının təşkili;
  • Qida emalı və ya istehsal fəaliyyətinə nəzarət etmək;
  • Torpağı və suyu qorumaq üçün suvarma, drenaj və daşqınlara nəzarət sistemlərinin yaradılması istiqamətində araşdırmalar edir;

Bilməlidir:

  • Kənd təsərrüfatı istehsalı texnologiyasını;
  • Məlumatları ayrı-ayrı bölmələrdə nəzərdən keçirməklə əsas prinsipləri və     səbəbləri müəyyən etmək üçün təhlil qabiliyyətinə sahib olmaq,
  • Problemin həllinə yaradıcı yanaşma nümayiş etdirmək,
  • Yüksək şifahi və yazılı ünsiyyət bacarıqları nümayiş etdirmək,
  • İşin prioritetləşdirilməsi, təşkili və həyata keçirilməsi üçün konkret məqsəd və planlar hazırlamağı bacarmaq,
  • Komandanı idarə etmək bacarığı
  • Uğurlu biznes planlaması və vaxtın idarə edilməsini təmin etmək,

Bacarıqlar:

  • Ünsiyyət/təqdimat bacarıqları və əlaqələr qurmaq qabiliyyəti;
  • Təşkilatçılıq və vaxtı səmərəli idarəetmə bacarığı;
  • İşgüzarlıq;
  • Komandada işləmək bacarığı
  • MS Office proqramlarından (xüsusilə, Excel, Word, PowerPoint) sərbəst istifadə bacarığı
  • Rus dili və İngilis dili yüksək.

Təminatlar:

Əmək haqqı: 5000 AZN

Nəqliyyat xərcləri və korporativ nömrə müəssisə tərəfindən qarşılanır

Peşəkar komanda ilə əmək fəaliyyəti və beynəlxalq təcrübəyə yiyələnmək.

Vakansiyaya uyğun namizədlər  CV-lərini “TƏDQİQATÇI AQRONOM” başlığı ilə e-mail ünvanına göndərə bilər.

Əlaqədar şəxs: Səidə Ağayeva 050-268-45-95

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...