Tədarük zənciri üzrə satınalma mütəxəssisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Veysəloğlu MMC Tədarük zənciri üzrə satınalma mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 3-5 il
Təhsil: Müvafiq sahə üzrə ali təhsil

İşin Təsviri: Məhsul çeşidlərinin idarə olunması, yeni çeşidlərin artırılması, bazar haqqında dolğun məlumat toplanması, satış proqnoz və planlarının təqibinin həyata keçirilməsi.

Vəzifə öhdəlikləri:

  • Kateqoriyaya uyğun markaları seçmək və onları təqib etmək;
  • Məhsulların istifadə müddətinə nəzarəti həyata keçirmək;
  • Çeşid stoklarına nəzarət etmək, satınalma strukturu ilə birlikdə stokları mütəmadi kontrol etmək;
  • Yeni fabriklərlə əlaqələr qurmaq, danışıqlar aparmaq və təkliflər hazırlayaraq rəhbərliyə təqdim etmək;
  • İş fəaliyyəti ilə bağlı gündəlik, həftəlik və aylıq hesabatlar hazırlamaq
  • İstehlakçı ehtiyac və davranışlarını təhlil etmək məqsədi ilə həyata keçiriləcək marketinq tədqiqatları ehtiyacını müəyyənləşdirmək, tədqiqat briflərini hazırlamaq, keçirilən tədqiqatları qiymətləndirərək fəaliyyət planları hazırlamaq;
  • Bazar dinamikasını, rəqibləri və rəqib məhsullarını təqib edərək, öz təklifləri ilə məruzə etmək;
  • Mal alışının planlaşdırılması, aylıq alış prognozlarının kategoriya ilə razılaşdırılması,
  • Tədarükçülərlə danışıqların aparılması və müqavilələrin bağlanması.

Tələblər:

  • Əla səviyyədə rus dili biliyi (ingilis dili biliyinin olması arzuolunandır);
  • Şəxsi avtomobilin olması mütləqdir.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

  • Avtonəqliyyat vasitəsinin amortizasiya və yanacaq xərclərinin qarşılanması;
  • Nahar ilə təmin edilmə.

İş qrafiki: 5 günlük, 09:00-18:00

Müraciət qaydaları: elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Tədarük zənciri üzrə satınalma mütəxəssisi” yazmaqla müraciət edilir.

Oxşar vakansiya siyahısı:

600₼
Anbardar

Sabah Group MMC Anbardar vəzifəsi üzrə vakaniya elan edir. ...

SABAH GROUP MMC

18.04.2024 - Bakı

Xarici Satınalma üzrə Mütəxəssis

ZH-GROUP MMC Xarici Satınalma üzrə Mütəxəssis vakansiyasıni elan edir ...

ZH-GROUP MMC

18.04.2024 - Bakı