Qısa məzmun
Allsmart Technologies MMC şirkəti Təcrübəçi Texniki Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Aşağıda sadalanan işlərin hər hansı birini bilən və ya karyerasını bu sahədə qurmaq istəyənlər buyurub müraciət edə bilərlər
- Video müşahidə, yanğın sistemi və siqnalizasiya sistemlərinin montajı və sazlanması
- Girişə və işçilərə nəzarət sistemlərinin montajı və sazlanması
- Lift idarəetməsi sistemlərinin montajı və sazlanması
- IP Domofon sistemlərinin quraşdırılması
- Turniket, şlaqbaum montaj işlərinin görülməsi
- Ağıllı Parkinq idarəetmə sistemi
- Mini ATS, zəyif axın və şəbəkə işlərinin görülməsi
- Elektrik işləri, Ağıllı Ev sistemi, Bina Avtomatikası işlərinin montajı
- Məhsullar haqqında ətraflı və doğru bilgilər əldə edərək layihələndirmə, sazlanma və montaj işlərinin həyata keçirilməsi
- TƏCRÜBƏÇİ TEXNİKİ MÜTƏXƏSSİS hazırlıq proqramına əsasən şirkətin daxilində nəzəri və praktik təlimlərdə iştirak
- Mühəndis və texniki əməkdaşlarla birlikdə ərazidə məhsulların praktik işləri, rutu öyrənmək
- Təcrübəli mühəndis biliklərindən yararlanmaq imkanı
- Mühəndis işlərinin praktikasını görmək və tətbiq etmə imkanı
- 1 ay aktiv davam edəcək proqramı uğurla başa vuran namizədlər növbəti praktik mərhələyə keçəcək və bu mərhələnidə uğurla keçənlər işlə təmin olunacaq
- İş saatı: 09:00-dan 18:00-dək (şənbə günü saat 09:00-dan 15:00-dək bazar günü istirahət günüdür)
Namizədə tələblər:
- Minimum IT və texnalogiya maraqlarının olması və bu sahəni sevməsi
- İş təcrübəsi tələb olunmur
- Kompüterdən minimum istifadə qaydalarını bilməli
- MS office proqramlarında işləmə bacarığı
- Texniki bilklərinin olması arzu olunandır