Təcrübəçi mühəndis-elektrik
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. ATEF Şirkətlər Qrupu Təcrübəçi mühəndis-elektrik vəzifəsi üzrə vakansiya elan edir. Fəal olmalı və komandada işləmək bacarığı olmalıdır.

ATEF Şirkətlər Qrupu öyrənməyə həvəsli, şəxsi inkişafı, peşəkar vərdişləri və praktiki biliklərini artırmaqda maraqlı olan, komandada işləməyi bacaran gənc mütəxəssislər üçün “mühəndis-elektrik” vəzifəsi üzrə təcrübə proqramı elan edir.
Seçilən namizədlər 3 aylıq təlim proqramına cəlb ediləcək. Təlimlər başa çatdıqdan sonra namizədlər imtahan ediləcək. İmtahandan yüksək nəticə əldə edən namizədlər üçün karyera planı hazırlanacaq.

Şirkət: “ATEF ŞİRKƏTLƏR QRUPU” MMC
İş yeri: Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi,
Vəzifə: “Təcrübəçi mühəndis-elektrik”
Əmək haqqı: 600-800 AZN

İş şəraiti:

  • 5 günlük iş həftəsi
  • Nahar fasiləsi: 12:00-13:00
  • Nahar müəssisə tərəfindən təmin edilir.

İş barədə məlumat

  • Texniki tapşırığa əsasən layihə sənədlərinin işləmək, razılaşdırılan elektrik layihələrini hazırlamaq və yoxlamaq;
  • Layihə həyata keçirilən ərazilərə baxış keçirilmək və işlərin proseslərinin monitorinqini aparmaq;
  • Transformator, elektron avadanlıqların texniki xidməti;
  • Elektrik işlərinin normativ qaydalara müvafiq və düzgün aparılmasına nəzarət etmək;
  • Cavabdeh olduğu iş sahələri üzrə müvafiq hesabatlarin hazırlanmasını təmin etmək;
  • Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunmasına nəzarət etmək;
  • Elektrik təchizatı üzrə layihə və işçi sənədlərin işlənib hazırlanmasını təmin etmək;
  • Aparılan elektrik quraşdırma işlərinə nəzarət etmək;
  •  Elektrik sistemlərinin tam gücü ilə və saz vəziyyətdə işləməsini təmin və nəzarət etmək;
  • Sistemlərdə meydana gələn nasazlıqların aradan qaldırılması üçün sistemə vaxtında müdaxilə etmək;
  • Elektrik avadanlıqlarına mütəmadı qaydada texniki baxışın və nəzarətin həyata keçirilməsi, sistemə uyğun qoruyucuların saz
  • ziyyətdə saxlanılması və daimi monitorinqini həyata keçirmək;
  • Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil etmək,
  • Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi və qurğuların yenidən qurulmasında iştirak etmək,

Tələblər:

  • Ali təhsilli (elektroenergetika mühəndisliyi üzrə bakalavr və ya magistr),
  • Müvafiq ixtisas üzrə 3 il iş təcrübəsi,
  • Yüksək gərginlikli güc transformatorları haqqında nəzəri və praktik biliklərinin olması,
  • Komputerdə mühəndis hesabat və dizayn proqramlarında işləmə bacarığının olması,
  • Konstruktor sənədlərinin tərtib olunması barədə standartların tələblərini bilməsi,
  • Transformatorlarin sarğıları, maqnit nüvə sisteminin quruluşu və yağ çənlərinin (soyutma sistemlərinin) konstruksiyaları haqqında biliklərin olması,
  • Yarımstansiyaların paylayıcı qurğularının ümumi quruluşu və birxəttli sxemləri analiz etmək bacarığı,
  • Paylayıcı qurğuların ayrı-ayrı elementlərinin funksiyaları (açar, ayırıcı, ölçü transformatorları, rele mühafizə və s.) haqqında ümumi məlumatların olması,
  • Normativ və Texniki sənədlərlə işləmək bacarığı,
  • MS Excel, Auto Cad, 3D, SolidWorks proqramlarında işləmək bacarığı,
  • Azərbaycan, rus, ingilis (təlimlər ingilis dilində olacaq) və türk dili,

Namizədin şəxsi keyfiyyətləri:

  • Fikrini izah etmək qabiliyyəti;
  • Ezamiyyə imkanları;
  • Ünsiyyət yaratmaq bacarığı;
  • İşə planlı yanaşması;
  • Fəal olması və komandada işləmək bacarığı.

Bu vəzifəyə müraciət etmək üçün CV-ni hr@atef.az ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Təcrübəçi mühəndis-elektrik” Mövzu bölməsində göstərin.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı